Deputat Aqil Məmmədov kəlbəcərli seçicilərlə görüşüb -FOTOLAR

Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədov seçicilərlə növbəti qəbul keçirib.
Qəbulda əsasən, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən, Kəlbəcər rayonunda həyata keçiriləcək infrastruktur layihələrindən, əhalinin mümkün qədər qısa zamanda həmin ərazilərə qayıdışının təmin edilməsindən danışılıb.
Millət vəkili Aqil Məmmədov bildirib ki, köçkün əhalinin daha tez müddətdə doğma torpaqlara qayıtması üçün hazırda bölgədə infrastruktur layihələrinin icrasına başlanıb: “Cənab Prezident son müsahibəsində Kəlbəcərə yol və elektrik xəttinin çəkilməsi xəbərini verdi. Bunlar həyat fəaliyyətinin bərpası üçün ən vacib məsələlərdir. Bu o deməkdir ki, çox da uzaq olmayan zamanda doğma yurdumuza qayıda biləcəyik”.
Qəbulda seçicilərin şəxsi problemləri səsləndirilib, xüsusilə müalicəyə, cərrahi əməliyyata ehtiyacı olanlara yardımların göstərilməsi üçün müvafiq müraciətlər edilib.