Deqati Kəlbəcər muzeyi ilə bağlı UNESKO-ya səsləndi


Dünya şöhrətli #Azərbaycan əsilli fotoqraf Reza Deqati bu dəfə işğaldan azad edilən Kəlbəcər Muzeyindən fotolar paylaşıb.

Fotoqraf Kəlbəcər Muzeyinin erməni işğalı zamanı yararsız hala salınmasını qeyd edərək, #UNESKO-ya səslənib:

"Qarabağın mədəni soyqırımı. #Kəlbəcər Muzeyi yüz illər boyunca qiymətli daşları, qızılları olan inanılmaz heykəlləri və əsərləri ilə məşhur idi. Bina demək olar ki, hər bir qarışı Kəlbəcər mineralları və daşları ilə bəzədilmiş bir memarlıq incisi idi. İşğal zamanı o da "vəzifəsindən azad edildi".

Muzeyin bütün qiymətli və tarixi heykəlləri, əsərləri, qızılları oğurlanıb. UNESKO insanlığa aid oğurlanan bu xəzinələr üçün nə edəcək?" - deyə bildirib.



BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.