Diaqnostik qiymətləndirmədə ən yüksək bal toplayan KƏLBƏCƏRLİ


Diaqnostik qiymətləndirmədə daha 2 müəllim ən yüksək bal toplayıb


Bu gün müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində daha 2 müəllim ən yüksək bal toplayıb. Hər ikisi ixtisasca ingilis dili müəllimidir. Müəlimlərdən biri, Kəlbəcər rayonu 97 saylı tam orta məktəbin ingilis dili müəllimi Leyla Paşayeva “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, diaqnostik qiymətləndirmədə ilk dəfə iştirak edib: “Hamı diaqnostik qiymətləndirmədən keçib. Amma mən analıq məzuniyyətində olduğum üçün bunu edə bilməmişdim. Buna görə də çox həyəcanlı idim. Aprel ayından kurikuluma hazırlaşdım. Düzü, hər hansı xüsusi məqsədim yox idi. Hamı diaqnostik qiymətləndirmədən keçmişdi, mən də keçməliydim. İxtisasımla bağlı hər hansı şübhəm olmasa da, kurikulumla bağlı suallara cavab verə bilməməkdən qorxurdum. Eyni zamanda, yüksək nəticə göstərmək istəyirdim”. Peşəsini çox sevən Leyla müəllim uşaqlarla işləməkdən zövq aldığını deyib: “Uşaqlarla işləməyi çox sevirəm. Ona görə harada işləməyimin ciddi fərqi yoxdur. Ancaq 60 bal topladığıma görə əlimdə olan fürsəti də dəyərləndirmək fikrindəyəm. Yerdəyişmə üzrə müsabiqəyə qatılacağam. Bakı məktəblərinin birində işləmək istəyirəm”. 

Təhsil Nazirliyi (edu.gov.az)

#Təhsil #Kəlbəcərli #Kəlbəcərlilər

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev