Dilqəm Əsagərov və Şahbaz Quliyevin işi ilə bağlı yeni xəbər – QƏTNAMƏ İMZALANDI

İyunun 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində azərbaycanlı mülki girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı tədbir keçirilib.

Kalbajar.com Lent.az-a istinadən məlumat verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə assambleya üzvləri, beynəlxalq insan haqları təşkilatlarının nümayəndələri, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyətinin üzvləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov Dağlıq Qarabağ münaqişəsinin humanitar fəsadları barədə söz açıb, azərbaycanlı qaçqın və məcburi köçkünlər haqqında danışıb və azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin 5 ildir erməni girovluğunda olduqlarını diqqətə çatdırıb. Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov azərbaycanlı girovlarla bağlı Avropa İnsan Haqları Məhkəməsində davam edən kommunikasiya prosesi barədə məlumat verib. Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov azərbaycanlı qaçqın və məcburi köçkünlərin 30 ildir öz dədə-baba torpaqlarından didərgin düşdüklərini və Ermənistanın işğalçı siyasətinin bölgədə humanitar fəlakətə səbəb olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının qorunması istiqamətində görülən işlərdən söz açıb. Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov AŞPA üzvlərinə müraciət edərək, atasının 5 ildir davamlı işgəncələr altında olduğunu və 1 il 8 aydır atasından heç bir məlumat almadıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə çıxış edən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Avropa institutlarında mövcud ikili standartlardan söz açıb, azərbaycanlı girovlarla bağlı beynəlxalq insan haqları institutlarının səssiz qalmalarını anlamadığını bildirib. Tədbirin sonunda azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin qeyri-şərtsiz azadlığa buraxılması ilə bağlı qətnamə qəbul olunub və AŞPA üzvləri həmin qətnaməni yekdilliklə imzalayıblar.

Lent.az

183 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev