Dilqəm Əsgərov ailəsinə video göndərməkdən imtina etdi – Oğlu DANIŞDI

Atam Dilqəm Əsgərov bizə nə şəkil göndərilməsinə icazə verir, nə də video-görüntü. Bizə artıq məktub da yazmır. Kalbajar.com xəbər verir ki, bu sözləri axar.az-a erməni girovluğunda olan kəlbəcərli əsir Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. K.Əsgərov deyib ki, artıq uzun müddətdir atasından nə məktub, nə şəkil, nə də video görüntü əldə edə bilirlər: “Qırmız Xaç Komitəsi atamla bağlı bizə ancaq şifahi məlumat verir. Biz komitənin fəaliyyətindən çox razıyıq, ən azından bizi nigaran saxlamayıb məlumat verirlər. Komitə atam Dilqəm Əsgərova baş çəkib saxlanma və sağlıq durumu ilə yaxından tanış olub. Komitənin məlumatına görə, atamın saxlanma şəraiti və sağlıq durumu normaldır, səhhətində elə də ciddi problem yoxdur. Ancaq Skaypla görüntülü danışıq Qırmızı Xaç Komitəsinin səlahiyyətində olan bir iş deyil. Ancaq Azərbaycan və Ermənistan dövlətlərinin arasında razılıq əldə olunarsa, Skaypla görüntülü danışığa Qırmızı Xaç Komitəsi şərait yaradar”. K.Əsgərov bildirib ki, D.Əsgərovun ailəsinə foto-video göndərmək istəməməsinin səbəbini bilmirlər: “Ümid edirəm ki, atam razılıq versə, komitə əməkdaşları atamdan nəinki foto, hətta video-görüntü də gətirər. Çox təəssüf ki, atam özü şəkil və video-görüntü göndərmək istəmir. Düzü, bunun səbəbini bilmirik. Məktub yazmamasının səbəbini bilirəm ki, bu sırf 2-3 cümlənin yazılmasına icazə verilməsi ilə bağlıdır. “Salam. Mən yaxşıyam. Siz necəsiz? Vəziyyətim yaxşıdır. Səhhətim yaxşıdır” tipli cümlələrdən başqa nə isə yazmağa icazə yoxdur. Məhz bu səbəbdən atam daha bizə məktub yazmır”. Kəlbəcərli girovun oğlu atasının və digər girov Şahbaz Quliyevin bu ilin sonuna qədər azad edilməsinə inamlarının qalmadığını da bildirib: “Sözün açığı, bu ilin sonuna olan ümidlərimiz puç oldu. Ancaq biz ümidimizi itirməmişik. Ümid edirəm ki, gec-tez haqq-ədalət öz yerini tapacaq və atamla Şahbaz Quliyev girovluqdan azad ediləcək”.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev