Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB

Kəlbəcərli girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasına məktub göndərib. Kalbajar.com xəbər verir ki, bu barədə Azvision-a girovun oğlu məlumat verib. “Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri yaxın günlərdə zəng edib bu ayın sonu atama baş çəkəcəklərini dedilər. Mən atamın adına məktub yazıb onlara verdim. Atamdan videogörüntü, məktub gətirmələrini istədim. BQXK-nın nümayəndələri bildirdilər ki, atam özü məktub yazmaq istəmir. İki il ərzində atamın ailəsinə, ondan ötrü narahat olan adamlara məktub yazmaq istəməməsi inandırıcı deyil. Yalnız videogörüntü ilə onun sağ olduğuna əmin ola bilərik”. K.Əsgərov Rusiyada yaşayan azərbaycanlı iş adamlarına da müraciət edib. “Atam Rusiya vətəndaşıdır. Rusiyada yaşayan iş adamları atamın geri qaytarılmasında köməklərini əsirgəməsinlər. Bu işdə bizə dəstək olsunlar. Atamın taleyinə biganə qalmasınlar”,-deyə o əlavə edib.

Azvision.az

0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev