Dilqəm Əsgərovdan məktub gəlməməsi məsələsinə RƏSMİ MÜNASİBƏT


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dilqəm Əsgərovun 8 aydır ailəsinə məktub yazmaması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.


BQXK-nın Azərbaycan nümayəndəliyinin müdafiə işləri üzrə koordinatoru Byorn Ram APA-ya açıqlamasında qeyd edib ki, təmsil etdiyi qurumun istər Bakıdakı nümayəndəliyi, istərsə də Dağlıq Qarabağdakı missiyasının nümayəndələri münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi başçəkmə həyata keçirir: “Beynəlxalq Qızıl Xaç Komitəsi şərait yaradır ki, saxlanılan şəxslər ailələri ilə əlaqə saxlasın. Lakin saxlanılan şəxslərin və onların ailə üzvlərinin bu təklifdən imtina etmək hüquqları da var. Bu, onların öz qərarıdır və əgər onların arzusu yoxdursa, biz nə ailələri, nə də saxlanılan şəxsləri buna məcbur edə bilərik. Əgər saxlanılan şəxs ailəsindən məktub alıbsa və cavab yazmaq hüququndan imtina edirsə, biz bu barədə ailəyə məlumat veririk. Lakin biz bunu ictimailəşdirmirik”. B. Ram deyib ki, BQXK-nın saxlanma yerlərinə baş çəkməsi sırf humanitar xarakter daşıyır: “Silahlı münaqişələr olduqda Beynəlxalq Qızıl Xaç Komitəsinin Cenevrə Konvensiyalarına əsaslanmış mandatı var ki, saxlanılan şəxslərə baş çəksin. Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərin azadlıqdan məhrum edilməsinin səbəblərini araşdırmır və ya sual altında qoymur. Bu, bizim mandatımıza uyğun deyil. Bizim mandatımız saxlanılan şəxsin saxlanma şəraiti və onlarla rəftarı monitorinq etmək, həmçinin onların ailələri ilə əlaqələrinin bərpasını təmin etməkdən ibarətdir. Saxlanılan şəxsərin saxlanma şəraiti və ya onlara qarşı rəftarla bağlı şikayətlər olarsa, biz aidiyyəti hakimiyyət orqanları ilə vəziyyəti yaxşılaşdırmaq məqsədilə konfidensial və ikitərəfli müzakirələr aparırıq. BQXK-nın azadlıqdan məhrumetmə yerlərinə başçəkmələrlə bağlı ictimaiyyətə verdiyi məlumat həmişə ümumi olur – biz xüsusi, şəxsi və ya tibbi məlumatı açıqlamırıq – bu, həmişə konfidensial olaraq qalır. Biz baş çəkdiyimiz şəxslərlə və görüşlərin detalları ilə bağlı mətbuata və ictimaiyyətə məlumat açıqlaya bilmərik. Saxlanılan şəxslərin sağlamlıq durumu ilə bağlı məlumatlar yalnız həmin adamların razılığı olduqda ancaq onların ailələri ilə bölüşülür”. B. Ram əlavə edib ki, BQXK saxlanılan şəxslərin azad edilməsi üçün danışıqlar aparmaq səlahiyyətinə sahib deyil: “Bəzən ictimaiyyət arasında anlaşılmaz məlumatlar dolaşır ki, Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxsin azad olunması üçün danışıqlar apara bilər. Belə deyil. Beynəlxalq Qızıl Xaç Komitəsi, saxlayan tərəf öz nəzarəti altında olan şəxsi azad etməyə qərar verdikdə ancaq neytral vasitəçi rolunu həyata keçirir. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar biz neytral vasitəçi kimi bir çox insanların qaytarılmasında iştirak etmişik. Bir daha deyirəm ki, saxlanılan şəxsin azad edilməsi barədə qərarı Beynəlxalq Qızıl Xaç Komitəsi deyil, saxlayan tərəf verir”.

#DilqəmƏsgərov #Girovlar

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev