Dilqəm Əsgərovdan XƏBƏR VAR

Xəbər verdiyimiz kimi Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları erməni girovluğunda saxlanılan azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

Kalbajar.com xəbər verir ki, moderator.az-ın əməkdaşı D.Əsgərovun oğlu Kürdoğlu Əsgərovla əlaqə saxlayıb və o, sayta açıqlamasında atasından qısa məktub aldığını deyib: “Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları fevral ayı ərzində atamgilə baş çəkiblər. Görüş reallaşandan sonra girovların ailəsinin narahatçılığını nəzərə alaraq bizimlə əlaqə saxladılar. Onların bizə dediklərinə görə atamın səhhətində elə bir ciddi problem yoxdur. Hətta atamdan qısa bir məktub da aldım və orda atam hamıya salam deyirdi. Yenə həmişəki kimi görüntü təqdim olunmadı. BQXK nümayəndələri deyirlər ki, atam görüntü yollamaq istəmir.

Mən fürsətdən istifadə edib mətbuat vasitəsilə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə müraciət edərək demək istəyirəm ki, artıq 6 ilə yaxındır ki, atam erməni girovluğundadır. Onlar atamgilin girovluqdan azad olunmaq istiqamətindəki addımlarını daha da artırsınlar və ailəmiz adından onlara öz təşəkkürümüzü bildiririk. Bu günki gün yegannə qurum onlardır ki, atamgilə baş çəkib, bizə məlumat verirlər”.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev