Dilqəm Əsgərovun oğlu: “Atamın azad olunacağına inanıram”



“Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişdirilməsi mümkün ola bilər. Həyatda hər şey mümkündür”. 

Bunu AzVision.az-a açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O, inanır ki, aparılan uğurlu siyasət nəticəsində Dilqəm Əsgərov və Şahbaz Quliyev girovluqdan azad olunacaq. “Dövlətimə və Prezident İlham Əliyevə inanıram. Əminəm ki, cənab prezidentin apardığı uğurlu siyasət nətcəsində Dilqəm Əsgərov və Şahbaz Quliyev girovluqdan azad olunacaq. Dövlət səviyyəsində aparılan işləri yüksək qiymətləndirirəm. Hər kəs əlindən gələni edir. Özümüz də bir çox işlər görürük. Fevralın 21-də hüquq müdafiəçisi Əhməd Şahidovla birlikdə Türkiyəyə səfərim var. İstanbulda 4 universitetdə Xocalı soyqrımı ərəfəsində çıxışlarımız olacaq, orada Azərbaycan həqiqətləri və ən əsası da atam Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində Türkiyə mətbuatına, ictimaiyyətinə geniş məlumat verəcəyik”. Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişdirilməsinin mümkün olduğunu bildirib. AzVision.az

#Əsir #Girov #İtkin

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev