Dilqəm Əsgərovun oğlu: “Avropalı diplomatların diqqətini bu məsələyə cəlb edə bildik”


Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin növbəti iclası keçirilib.


APA-nın xəbərinə görə, iclasda D. Əsgərovun oğlu Kürdoğlu Əsgərovun 11-22 sentyabr tarixlərində Varşavada ATƏT-in sammitində iştirakı müzakirə edilib. K. Əsgərov sammitdə keçirdiyi görüşlər barədə iştirakçılara məlumat verib. O bildirib ki, toplantı iştirakçılarına D. Əsgərov və Ş. Quliyevin saxlanma şəraitləri barədə ətraflı məlumat verilib: “Biz atamın Rusiya pasportunu da özümüzlə götürmüşdük. Pasportu rusiyalı diplomatlara göstərib, onlara da müraciət etdik. Düşünürəm ki, sammitdə iştirakımız və çıxışımızla avropalı diplomatların bu məsələyə diqqətini cəlb edə bildik. Eyni zamanda, Varşavada avropalı diplomatlarla təkbətək bir sıra görüşlərimiz oldu”.

K. Əsgərov sentyabrın 22-də Ermənistanın Varşavadakı səfirliyi qarşısında aksiya keçirildiyini diqqətə çatdırıb.

D. Əsgərovun qardaşı Sahib Əsgərov deyib ki, bu ilin mart ayından bu yana qardaşı ilə bağlı onlarda heç bir məlumat yoxdur: “Bizə ancaq onu deyirlər ki, Dilqəm məktub yazmaq, video-görüntü ilə danışmaq istəmir”.

İclasda Ermənistan parlamentinin deputatlarının Bakı səfəri də etirazla qarşılanıb.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. MODERATOR.AZ

#ATƏT #DağlıqQarabağ #Qarabag #Əsirlər #Kəlbəcərhəsrəti #stoparmenianagression #XİN #Kəlbəcər #Azərbaycan #Şanlıordumuz

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev