Dilqəm Əsgərovun oğlunu “Qırmızı Xaç”a çağırıblar - Varşavadakı çıxışından sonra


“Atamla bağlı bəzi qaranlıq məqamlara cavab tapmışıq. Kimin kim olduğunu indi daha yaxşı bilirəm”. 


Koordinat.az xəbər verir ki, bunui 4 ilə yaxındır erməni girovluğunda saxlanılan Dilqəm əsgərovun oğlu Kürdoğlu Əsgərov Modern.az-a deyib. Ancaq o, detalları açıqlamaq istəməyib: “Müəyyən məsələlər var, onların dəqiqləşməsini gözləyirik. İnşallah Dilqəm və Şahbaz özü girovluqdan qayıtdıqdan sonra həqiqəti hər kəs öyrənəcək”. Kürdoğlu Əsgərov ATƏT-in Varşava sammitindəki çıxışından da bəhs edib: “Mən atamdan çox nigaran idim. Nə ondan məktub alırdım, nə videosunu izləyirdim, nə də şəklini görürdüm. ATƏT-in Varşava sammitində girovlarımızla bağlı çıxışlar oldu. Mənim də 1-2 kəlmə demək şansım yarandı. Azərbaycana qayıtdım. Bir həftə sonra Qırmızı Xaç Komitəsinin əməkdaşları mənə zəng elədilər. Atamdan məktub aldım, mənə şəklini göstərdilər”. Bununla belə, atasının şəkli ona verilməyib: “Şəklini sadəcə mənə göstərdilər, amma vermədilər. Əvvəlki vaxtlara baxanda pis görünmürdü. Məhkəmədə necə idisə, təxminən elə idi. Hələ deyərdim məhkəmədəkindən nisbətən yaxşı idi”. 2014-cü il iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.  


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev