top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Dilqəmlə Şahbazın azadlığı üçün separatçı rejimi tanımaq şərti qoyuldu…


Dilqəm Əsgərov və Şahbaz Quliyev

Növbəti həyasız erməni təklifi: “Bu məsələ üçün rəsmi Bakı Yerevana yox, mütləq birbaşa “rəsmi Stepanakert”ə müraciət etməlidir…”

Rəsmi orqanlar tərəfindən dövlətə xəyanətdə suçlanan Elnur Hüseynzadənin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən müəmmalı şəkildə azadlığa buraxılaraq Ermənistana göndərilməsi xəbərindən sonra  Şuşa türməsində  saxlanılan  digər girovlarımız - Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad edilməsi məsələsi nisbətən fəal şəkildə gündəmə gətirilib. Lakin həm Ermənistan, həm də separatçı rejimin onların azadlığa buraxılmasından bir daha qəti imtina etdiyi məlum olub. Ermənistan deyir: “Dağlıq Qarabağ müstəqil qurumdur, biz onun işinə qarışmırıq...” Separatçı rejim isə...


Kalbajar.com xəbər verir ki, Moderator.az -ın Rusiya mediasına istinadla verdiyi xəbərdə qondarma rejimin bu məsələyə son reaksiyasından bəhs edilir.  Xəbərdə xatırladılır ki, fevralın 5-də Azərbaycan Xarici İşlər nazirinin mətbuat katibi Leyla Abdullayeva "İnterfaks-Azərbaycan" agentliyinə açıqlamasında "Biz istərdik ki, Ermənistan D. Əsgərov və S. Quliyevi azad etsin" ifadəsini dilə gətirib...


Dağlıq Qarabağın “xarici işlər nazirliyi” adlanan qanunsuz və saxta qurumun “informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri”  sayılan Artak Nersisyan adlı məxluq isə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına belə bir həyasız münasibət bildirib:


"Azərbaycan Ermənistandan daha iki Azərbaycan vətəndaşı - Şahbaz Quliyev və Dilqəm Əsgərovu azad etməyi gözləyir. Azərbaycanın Ermənistana şikayəti  əsassızdır. “Artsax”da “mühakimə olunmuş” Azərbaycan "cinayətkar"larının məsələsi ilə bağlı  rəsmi Bakı mütləq birbaşa "rəsmi Stepanakert"ə müraciət etməlidir...” 


Belə bir "hüquqi" məsələ ilə əlaqədar Azərbaycanın hər hansı dövlət orqanının Xankəndindəki qondarma rejimlə irtibata keçməsi isə həmin qurumu tanımaq anlamına gəlir...

Rusiya müxbirinin Xankəndində müraciət etdiyi "ictimai-siyasi" şəxslər, eləcə müxalif hesab olunan "siyasətçi"lər də  separatçı rejim “rəsmi”sinin mövqeyini birmənalı şəkildə dəstəkləyiblər.

Qarabağda müharibə başlayandan Azərbaycanın  bəzi siyasiləri ilə mütəmadi ünsiyyətdə olan "Helsinki təşəbbüsü-92" komitəsinin rəhbəri Karen Ohancanyan isə bildirib ki,  komitə üzvləri müntəzəm olaraq Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkirlər. Komitə rəhbərinin sözlərinə görə, onların saxlanma şəraiti beynəlxalq standartlara uyğundur...

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page