top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Dinimiz də, dilimiz də, vicdanımız da, ailəmiz də Azərbaycandır - Elşad Eyvazlı YAZIR



Millət vəkili Fazil Mustafaya güllə atanların yaxalanması cinayətkarların cəzasız qalmayacaqlarını göstərdi. Bu, xarici düşmənlərə də, daxili xəyanətkarlara da ciddi mesajdır. Cinayəti törədənlərin azərbaycanlılardan ibarət mütəşəkkil dəstə olması isə çox üzücüdür. Məni İranın erməniliyindən daha çox gənc azərbaycanlıların fars mollalığı qayğılandırır. Onların yaşıdları 44 günlük Vətən Savaşında Şəhid, Qazi oldular. 30 illik həsrətə son qoydular. Torpaqlarımızı işğaldan azad etdilər. Sınmış qürurumuzu özümüzə qaytardılar. Namusuna toxunulmuş ana-bacılarımızın qisasını aldılar. Bu xəyanətkarlar isə içimizdə özümüzə güllə atırlar. NİYƏ... Ailə - məktəb münasibətləri (övladlarımızı formalaşdıran mühit) o qədər yaxın, səmimi ortamda olmalıdır ki, yarana biləcək problemlər öncədən minimuma endirilsin, çalışmalıyıq ki, uşaqlar böyüyəndə mümkün qədər təriqətlərə qoşulmasınlar, pis vərdişlərdən, cinayətlərdən uzaq dursunlar, ata-analarını, müəllimlərini, öz dövlətini dərk edərək sevsinlər. Gəlin, etiraf edək ki, bu sahədə bizdə xeyli boşluqlar var. Əlbəttə, danılmazdır ki, ŞUŞAnı əlbəyaxa döyüşlə azad edən gəncliyimiz var, onlar nəinki bizim, ümumən Azərbaycan tarixinin fəxridirlər. Ancaq Vətəninə xəyanət edən tək bir azərbaycanlı varsa, düşünməliyik ki, boşluqlarımız hardadır? Çünki deputat Fazil Mustafaya güllə o boşluqlardan atıldı. Millət düşmənləri bu gülləni Fazil Mustafanın timsalında öz valideynlərinə, dövlətinə, Azərbaycana atdılar.

Belə boşluqlardan sui-istifadə edənlər, yararlananlar həmişə olacaq. Bu gün İrandır, sabah bir başqası olacaq. Azərbaycan gücləndikcə, Azərbaycan böyüdükcə mollavazgenlər əriyəcək. Güclü olmaq üçün isə boşluqlar buraxmamalıyıq! Həyatını Azərbaycana xərcləyən, bütün riskləri göz önünə alan Dünya Azərbaycanlılarının lideri, Müzəffər Sərkərdə İlham Əliyevin siyasətinə dəstək verməliyik. Bu dəstək yaltaq-yaltaq danışmaq, üzdə bir cür, arxada başqa cür olmaq deyil, əməllə, görülən işlərlə ölçülür. Bizim dinimiz də, dilimiz də, vicdanımız da, ailəmiz də Azərbaycandır.

Gəlin, İranın Azərbaycana etdiyi pisliklərdən bir neçə məqama diqqət yetirək. Coğrafiya, o coğrafiyanın sakini olmaq bir qədərdir. Bu mənada İran və Ermənistan coğrafiyamızın qara yaralarıdır. Bir xalqa ən böyük pislik onun torpaqlarını tutmaq, tarixini yox etmək, qəbiristanlıqlarını dağıtmaq, hissiyatı ilə oynamaqdır. Bir müsəlmanı aşağılamaq onun inancını təhqir etmək, ibadət evində donuz saxlamaqdır. Bir dövlətə ən böyük düşmənçilik onun adını dəyişmək, öz istəyinə uyğunlaşdırmaqdır. Bir ölkənin səfirliyinin binasına basqın edilməsi, onun diplomatının terrora məruz qalması, qətlə yeitilməsi dünya qaydalarına hayqırıdır. Qısa xatırladım, ermənilər və Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş bütün iyrənc əməllərə İran da şərikdir. Hətta çox faizi İrana məxsusdur. Avropada, Amerikada, İsraildə torpaqlanan İran Azərbaycanda xortlamağa ümid etməsin. Qarabağ Ermənistana məzar olduğu kimi, Təbriz də İrana məzar olacaq. Bizim dinimiz də, dilimiz də, vicdanımız da, ailəmiz də - hər şeyimiz Azərbaycandır!


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page