top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Doğulandan bir ay sonra məcburi köçkün düşən və 28 ildən sonra doğma vətəninə qayıdan KƏLBƏCƏRLİ



Kəlbəcər Azərbaycanın ən gözəl səfalı guşələrindən biri olmaqla yanaşı, ölkəmizin mədəniyyət,elm,təhsil,səhiyyə,iqtisaddiyyat və digər mühüm əhəmiyyətə malik sahələrə böyük töhfələr vermiş, sirli təbiətə malik, qədim türk eli, türk ocağıdır. Azərbaycanın cənnət məkanı olan Kəlbəcərin ərazisini başdan-başa gülüstan adlandırsaq mübaliğə etməzdik. İstər flora və faunasına, istərsədə, müalicə-balneoloji təsirli mineral su yataqların zənginliyi, əzəmətli dağ zirvələri, eyni zamanda, Kəlbəcər əhalisinin şücaəti, mərdliyi, cəsarəti əyani aləmdir. Məhz bu səbəbdən də Qafqaz geologiyasının atası hesab edilən V.Avix Kəlbəcər haqqında demişdir: “Kim Tərtərçay dairəsi boyunca seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o, məftun ola bilər.” Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev Kəlbəcər barəsində bu sözləri demişdir: “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə, respublikada həmişə çox hörmətə, ehtirama layiq olublar. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz ki, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar.


30 ilə yaxın böyük Vətən həsrəti Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasi, diplomatik və hərbi siyasəti nəticəsində, əziz şəhidlərimizin qanı-canı bahasına bitmiş xalqımız fərəh hissi ilə Dövlətimizin uğurları ilə öyünmüşdür. Qeyd etmək istərdim ki, mən Kəlbəcər rayonu Dal Qılınclı kəndində dünyaya göz açmış, bir ay sonra öz doğma torpağımdan məcburi köçkün düşərək, 28 il vətən dərdi, vətən həsrəti ilə yaşamışam. Vətənimizin işğal altında olan hər bir qarış torpağının işğaldan azad olunmasını böyük sevinclə qarşılamış, Dövlətimin gücü ilə fəxr etmişəm. Məlumat üçün bildirim ki, mən dövlət qulluqçusu statusunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsində çalışıram. Qeyd etmək istərdim ki, Azərbaycanda hökm sürən tolerant və multikultural abu-hava dünya üçün bir model olaraq qəbul edilir, Müxtəlif dini dəyərlərə malik xalqların ölkəmizdə dərin hörmət və sevgi əsasında öz dini ayinlərini yerinə yetirməsi dünya miqyasında təəccüblə qarşılansada, millətimiz üçün adi bir haldır. Xalqımız öz milli-dini dəyərləri ilə insanları dini düşüncələrinə görə ayırmır, onlar arasında fərq qoymur. Bir sözlə biz millət olaraq insanı Allah üçün sevməyi əsas götürürük. Xülasə çalışdığım dövlət orqanının təşkilatçılığı ilə Alban apostolunun yeganə xristian varisi udilərin növbəti dəfə Xudavəng monastrında dini ayininlərini yerinə yetirmək üçün, Kəlbəcərə gedəcəyi və mənimdə onlarla bərabər öz doğma torpağımda olacağımı bildikdən sonra, çox xoşbəxt oldum və inanın bunu sözlə ifadə etmək mümkün deyil. Nəhayət yanvar ayının 8-də Kəlbəcərə yola düşdük. Yanımda olan udilərlə birlikdə Murovdağ yüksəkliklərindən və Ömər aşırımından keçərkən Kəlbəcərin əsrarəngiz gözəlliyi qarşısında valeh olmuş, bu qədər gözəl diyarın dünyada müqaisəsi olmayacağı qənaətinə gəlmişdim. Ömər aşırımın ətəklərində olarkən yol buzlu olduğundan məcbur bir qədər piyada yeridik. Düşünəndə ki, ailəm, yaxınlarım və soydaşlarım 1993-cü ilin aprel ayında bu cür çətinliklərlə kilometrlərlə bu yolları piyada gəlib, insan əyani olaraq bu dəhşəti və çətinliyi daha yaxşı başa düşür. Monastrın yerləşdiyi Vəng kəndinə çatmamış Yanşaq kəndindən keçərkən gördüklərim məni təəccübləndirməsədə necə bir düşmənlə üz-üzə qaldığımızı və bu canilərin vandallığının əyani şahidi olmuşdum. Belə ki, Yanşaq kəndində bütün evlər dağıdılmış, yol kənarındaki ağacların böyük əksəriyyəti kəsilmişdi. Eyni zamanda, Kəlbəcərə gedən yollarda quruculuq işlərinin yenidən aparılmasını müşahidə etmişdim. 5 saata yaxın yolda olduqdan sonra, nəhayət Xudavəng monastrına çatdıq. Ermənilər Kəbəcərdə yerləşən 30-dan çox alban monastrlarını şəxsiləşdirmək üçün saxtalaşdırma işləri aparsada buna nail ola bilməmişdirlər. Udilər öz ibadətlərini bitirdikdən sonra, Tərtər çayının yaxınlığında KİV-nin nümayəndələri və icma üzvləri ilə bərabər Kəlbəcərin gözəlliyi barəsində söhbətlər aparır və erməni vandallarının vəhşiliklərinə dağıdılmış evlərə baxdıqca şahid olurduq. Nəhayət Kəlbəcərə səfərimiz başa çatmış və geri dönmək məcburiyyətində olduqda, bir qəhər hissi məni boğmuşdu. 28-ildən sonra ilk dəfə torpağımda olub, öz doğulduğum evi və kəndi görmədən onu doyunca gəzmədən Kəlbəcəri necə tərk edə bilmək olardı?! Amma düşünəndə ki, artıq Kəlbəcər işğaldan azad olunub, Dövlətimizin yenidənqurma işlərindən sonra, böyük qayıdış günü gəldikdə mən öz torpağımı doyunca ziyarət edib, öz evimə və öz kəndimə qayıdacam bu məndə yaranmış kədər hissinin yerini sevinc hissi ilə əvəz etdi. Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş əziz şəhidlərimizin və onların dəyərli ailələri qarşısında baş əyir, Allahdan bu günləri bizə yaşadan ədalətli dövlət başçımız İlham Əliyevə can sağlığı və bu çətin işində ona yar və yardımcı olmağını arzu edirəm. Allah Dövlətimizi qorusun.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin

Gəncə bölgəsi üzrə şöbə əməkdaşı Vüsal Hüseynli


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page