top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Doğum günün mübarək, vətən oğlu!


"Kədərdə bulunur, dərdli Kəlbəcər,

Dərbədər düşmüsən, ay vətən oğlu.

Tanrıdan, taledən, yoxsa Fələkdən,-

De, kimdən küsmüsən, ay vətən oğlu?.."


Bir parçasını təqdim etdiyim bu şeirin müəllifinin kim olduğunu bilmirəm, amma ona təşəkkür edirəm. Çünki haqqında söhbət açmaq istədiyim insan, bu bəndin misralarında deyildiyi kimi, Kəlbəcərin həsrəti ilə yaşayan bir vətən oğludur.

Əvvəlcə həmkarı Xalidə Xalidin onun barəsində dediklərindən misal gətirək:- "2013-cü ilin aprelində İranın "ETTELAAT"-ı tərəfindən Təbrizdə həbs edilmişdim. Azad olunub qayıdanda haqqımda ilk yazılan onun “Ay İran, ay İran” adlı məqaləsi oldu. Kaş biləydiz, bu məqalə mənim üçün nə boyda mənəvi təskinlik idi. Onda bir daha əmin oldum ki, kişilik sözlə deyiləsi deyil, kişilik əməllə ölçülür". Azərbaycan jurnalistikasının "generalı" Qulu Məhərrəmli isə onu belə dəyərləndirir:- "Yaxşı kişilərdəndir, konkret və vacib bir işlə məşğuldur. Hay-küyçü deyil, səmimi və dürüst şəxsdir"…


Özünü türkçülüyün təbliğinə həsr edib. Güney Azərbaycan mövzusu isə onun yaralı yeridir. Bəlkə də bundan irəli gəlir ki, "Türküstan" adlı qəzet və eyni adlı sayt da yaradıb. Bu kütləvi informasiya vasitələrinin kifayət qədər oxucusu da var. 


Xidmətləri cavabsız qalmayıb, Türksoy və Beynəlxalq Türk Akademiyasının mükafatları ilə təltif edilib. Necə deyərlər, bu başlanğıcdır. Həyat isə davam edir, qarşıda onu yaşanmamış neçə-neçə illər gözləyir. Aprelin 6-da 43 yaşı tamam olur. Ana dilində danışarkən bir sıra türk sözlərindən istifadə edən, Amerika qitəsinin ilk sakinləri sayılan "qızıl dərili"lərin vətənindən onu təbrik edir, ona möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayırıq.

Doğum gününüz mübarək, Aqil Camal!


Moderator.az

Elman Eldaroğlu,

ABŞ, Miçiqan

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page