Dr. Azər Mustafayev

Updated: Feb 12



Dr.Azər Kamal oğlu Mustafayev 1978- ci ildə Kəlbəcər rayonunda anadan olub. 1995 ci ildə ATU II müalicə profilaktika fakultəsinə daxil olmuşdur 2001 ci ildə oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra 2001-2002 ci illərdə ETKİ də kardiologiya ixtisası üzrə internatura keçmişdir. 2002-2004 cü illərdə Şəfalı Əllər klinikasında kardioloq. 2004-2007 ci illərdə ETKi Miokard İnfarktı şöbəsində aspiranturada oxumuşdur. 7 elmi məqaləsi 1 tezisi mətbuatda dərc olunub . Xaricdə 2 məqaləsi dərc olunub. Gürcüstanda nəşr olunan "Gülüstan Bessar" jurnalının redaksiya heyətinin üzvüdür. 2008-2010 cu illərdə Hərbi xidmətdə olmuş. 2010 - 2011 ci illərdə Lazer Cərrrahiyə klinikasında kardioloq işləmişdir. Bir çox özəl klinikalarda kardioloq vəzifəsində çalışmışdır. 2015 ci ildən Stimul Hospitalda Direktor vəzifəsində çalışır. Klinikada EKQ, EXOKQ, Tredmill və Holter müayinələrini həyata keçirir. Ürəyin İşemik xəstəlikləri, Arterial Hipertoniya, Kardiomiopatiyalar, Aritmiyalar, Ürək çatmamazlığı, Anadangəlmə və qazanılmış ürək qüsurlarının və digər xəstəliklərin müayinə və müalicəsi aparır.


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev