Eks deputat İsti-suda poz verən Paşinyanın xanımına: "Özgə atına minən tez düşər..."


"Vura bilmədiyimizə görə də indi qancığı gəlib mənim, sənin Kəlbəcərində poz verib özgə torpağının gözəlliklərini dünyaya öz torpağı kimi təqdim edir"

 Hər zaman yüksək vətənpərvərlik təbliğatıyla seçilən "Moderator.az" saytı mənə belə bir ağır sual ünvanlayıb:  "Bir ölkənin baş nazirinin xanımı (oxucularımdan üzr istəyirəm, gərək yazaydı "qancığı") BMT tərəfindən 822 saylı qətnamə ilə işğalı dünyaya bəyan edilən bir torpaqda poz verirsə, bunun anlamı nədir?"  "Sonda deyəcəyimi əvvəlcədən deyim: BMT-nin də, ATƏT-in də, həmsədrlərin də üzünə tüpürmək! Başqa adı varsa, siz deyin. Hələ Milli Məclisin üzvü olarkən, parlament tribunasından dəfələrlə səsləndirdiyim bir fikri təkrar edirəm: "Dünyanın heç bir beynəlxalq təşkilatına bel bağlamamalıyıq. Nə qısır BMT-yə, nə başımızı qatıb işğal faktorunu unutdurmağa çalışan ATƏT-ə, nə bilim, İTƏT-ə və s. inanmaq olmaz! Türk dünyasının birliyi olmadan torpaqlarımızı azad edə bilməyəcəyik. Güclü Ordumuza və çevik, ağıllı diplomatiyamıza bel bağlamalıyıq! Qarabağın azadlığı milli birliyimizdən və qüdrətli Ordumuzdan asılıdır!" Eynən sözbəsöz belə…çıxışlarımın səs yazılarını da göndərə bilərəm " Qarabağın açarı cibimdədir " - deyən Rusiyada dünən erməni generalı rus paradında Dağlıq Qarabağın şəklinimi, ya nəyinimi yaxasından asıb həyasızcasına addımlayanda niyə Rusiyanın Müdafiə naziri və yaxud Prezidenti o küçüyün qulağından tutub sıradan çıxarmadı? Axı dünyanın bütün dövlətləri kimi, Rusiya da Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyıb və Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu rəsmi sənədlərlə təsbit edib! Axı həmin paradın təşkilatçıları da yaxşı bilirlər ki, 1941-45-ci illərdə Azərbaycan nefti, zəhmətkeş və fədakar Azərbaycan neftçiləri olmasaydı, belə "qələbə" paradlarını Almaniya Federativ Respublikası Berlində keçirəcəkdi… Ay çörəkitirən Rusiya, bəs nədən bir ovuc seperatçının yedəyində gedirsən? Faşistlərə casusluq edən Njdeyə öz quberniyan saydığın ermənistanda ucaldılan heykəli görmürsən? Hörmətli Prezidentimiz axı dədəsi alman faşistlərinin nökəri olmuş indiki baş nazir paşinyana sənin Prezidentin Putinin qulağı eşidə-eşidə bu tarixi faktı mərdi-mərdanə çatdırdı ki! Nədən bu qədər namərdlik edirsiniz? Azərbaycanın çörəyinin duzu yoxdurmu? O duz-çörək vallahi-billahi, sizi tutacaq bir gün! Azərbaycan keçmiş sovetlər zamanında iki ölkədən biriydi ki, İttifaq büdcəsindən aldığından çox ümümi büdcəyə pul ödəyirdi. Müsbət saldo buna deyirlər! Siz neynədiz? 20 Yanvar kimi dəhşəti başımıza gətirdiniz, Qarabağımızı parçaladınız, Dağlıq Qarabağın ətrafındakı 7 rayonu erməniyə peşkəş etdiniz, indi də işğal faktını unutdurmağa çalışırsınız. Burada Nüsrət Kəsəmənlinin müharibə illəriylə bağlı bir bəndini xatırlatmaq istəyirəm: Dörd il açılmayıb burda könüllər Dörd il Bakıda da yaz olmayıbdır. "Qəhrəman şəhər"lər çəkdiklərindən Bakının çəkdiyi az olmayıbdır!

Quruca bir "Qəhrəman şəhər" adını da qıymadınız…

 İndi qayıdıram hörmətli saytın sualına. Bəli, burada bütün günahlar özümüzdədir. Həmin o qancığın ərciyəzi 21mayda Şuşada saxta inauqurasiya keçirib şadyanalıq, atəşfəşanlıq keçirəndə dərhal vurmalıydıq! Vura bilmədiyimizə görə də indi qancığı gəlib mənim, sənin Kəlbəcərində poz verib özgə torpağının gözəlliklərini dünyaya öz torpağı kimi təqdim edir. Amma unutmasınlar ki, atalar gözəl deyib: özgə atına minən tez düşər! Onları oradan güclü və şərəfli Azərbaycan Ordusu düşürəcək! Buna kimsənin şəkk-şübhəsi olmasın! Geci-tezi var!

Əlövsət Ağalarov,  Keçmiş millət vəkili, "Azərnəşr"in baş redaktoru

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev