top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Elə bilirsiniz hamını belə sevirlər ?



Ölümündən sonra elin Məhəbbət Kazımov sevgisinə təəccüblənənlər oldu. Onun yoxluğuna sarsılanların içində görünməz olsalar da, bəziləri "O nə oxuyurdu ki?” deyə ağız büzdülər.

Xalq sevəndə qəlbinin dərinliklərinə qədər sevir. Məhəbbəti belə sevirdilər. Elə bilirsiniz hamını belə sevirlər?


Zövq və sevgi məsələsində kiminsə seçiminə toxunmaq fikrindən uzağam. Mən demirəm səhnəmiz Məhəbbətin timsalında çox gözəl bir sənətkarı itirdi, demirəm əvəzolunmaz müğənnimiz dünyadan getdi. Bəyənənlər də, bəyənməyənlər də bir yana dursun.

Mən deyirəm səhnəmiz də Laçının bir parçasını itirdi. Daha kimsə o yanğıda "Laçınım” deməyəcək. Dəfnində el həm Məhəbbəti ağlayırdı, həm də "Laçın” deyirdi. El həmin gün Laçını bir daha itirdi. Məhəbbət el itkisini anlayanlar üçün oxuyurdu.


Son illərdə dünyasını dəyişən hər sənət adamının dəfni bu cür təsirli olmamışdı. Bunu ki, inkar etməyəcəksiniz.

Qarabağlılarla yas məclislərində görüşmək daha dözülməz olur. İyirmi ildən çoxdur bütün itkilər, ağırlıqlar bu məclislərdə dilə gəlir. Eynən Məhəbbət Kazımovun dəfnindəki kimi.


Yurd-yuvası işğal altında olanlar yas yerinə təkcə ölünü ağlamağa getmirlər. Laçınlı öləndə "Laçın öldü” deyirlər, cəbrayıllını "Cəbrayıl getdi”, şuşalını "Şuşa susdu” deyib yola salırlar. Camaat itirdiyi torpağını bax belə ağlayır – itirdiyi adamlarını ağlaya-ağlaya. Çünki bu insanlar bizdən qopduqca bizlər də Qarabağdan addım-addım, tikə-tikə qopuruq. Qınamayın bizi! Məhəbbəti sevənləri də, onu ağlayanları da qınamayın! 

Məhəbbət Kazımov da bir ömrün son mənzilinə "Ana torpaq, sən ötür məni dedi”.



Ölümünə baxıb oxuyurdu, son mənzilə gedişinə tamaşa eləyirdi, özünə əlvida deyirdi Məhəbbət. Özünə uğurlar arzulayırdı. Laçına gedən yolun uğurlu olsun, Qarabağın Məhəbbəti! Biz səni anlayırıq!


Siyavuş Əmirli

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page