El üçün yaşanan ömür



El-obamız, camaatımız, qohum-əqrəbamız üçün böyük itkidir. Əbülfət həkimin vəfatı kədərimizi, acımızı bir az da artırdı. Yanarlı ürəyi, şəfalı əlləri ilə daim yanınızda idi. Təəssübkeşliyi, insanlığı, böyüklüyü, ziyalılığı ilə 25 ildir yurd ağrısını canında yaşayan camaatımıza güc verirdi, ruhdan düşməyə, yıxılmağa, ağrı-acıya təslim olmağa qoymurdu. Tibb İnstitutunu bitirib ali təhsilli həkim kimi doğulub boya-başa çatdığı Başlıbel kəndinə qayıdıb öz yurduna, el-obasına, camaatına təmənnasız xidmət etdi. Ölkənin ən ucqar dağ rayonu olan Kəlbəcərin ən ucqar kəndində səhiyyə ocağı qurdu, kiçicik həkim ambulatoriyasını böyük və güvənli bir xəstəxanaya, müalicə müəssisəsinə çevirmişdi... Kəlbəcərin işğalından sonra da el-obasına təmənnasız xidmətini əsirgəmədi. Ağır iqtisadi və sosial vəziyyət, yoxsulluq və şəraitsizlik onu usandırmadı, əksinə, məcburi köçkün həyatı yaşayan camaatımıza diqqət və qayğısını bir az da atırdı, onlara daha çox vaxt ayırırdı. Həm də təkcə kəlbəcərlilərə, başlıbellilərə yox, bərdəlilərə, Bərdədə məskunlaşan laçınlılara, ağdamlılara, füzulililərə, ağdərəlilərə, xocalılara...


Əbülfət həkim camaatımız üçün bir ümid və inam yeri idi. Başqaları müalicə olunmaq, dərdinə çarə tapmaq üçün xaricə üz tutduğu indiki dövrdə bizlərin inandığı və güvəndiyi, etibar etdiyi əsas ünvan Əbülfət doktor idi. Camaatımızın "Əbülfət doktorun əlinin bildiyini Bakı xəstəxanalarında əlinin altında hər cür texnoloji avadanlıqlar olan yüksək ixtisaslı həkimlərin bir çoxu bilmir" qənaəti şişirtmə deyildi. Əbülfət həkim bizlər üçün doğrudan da etibarlı və güvənli ünvan idi. Bu ünvanı da itirdik. Yurdsuz-yuvasız, ünvansız elmiz üçün böyük itkidir! İtirdiklərimizin yerini doldurmamış daha bir itki verdik! Yaralarımız qaysaqlamamış bir yara da aldıq. Ağrılarımızın üzərinə bir ağrı da gəldi... Yerin behişt olsun, Əbülfət həkim! Əminik ki, Cənnətini bizlərə miras qoyub getdiyin əməllərinlə qazanmısan! Haqqını halal et, doktor! Görüşənədək! Elxan SALAHOV

#Kəlbəcərlilər #KəlbəcərHəsrəti

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev