HƏSƏNOV ELDAR HÜMMƏT OĞLU

Updated: Jun 29, 2018


Həsənov Eldar Hümmət oğlu, 1955-ci ildə Kəlbəcər rayonunun Laçın kəndində, ziyalı ailəsində anadan olub. 1972-ci ildə həmin rayonun Aşağıqılıdı kənd orta ümumitəhsil məktəbini bitirmiş və Ç.İldırım adına Azərbaycan Dövlət Politexnik İnstitutuna daxil olmuşdur. 1977-ci ildə ali təhsilini uğurla başa vurmuş və elə həmin ildə daxili işlər orqanlarında əmək fəaliyyətinə başlamışdır.


1977-ci ilin avqust ayından 1980-ci ilin sentyabr ayına qədər Azərbaycan Respublikası DİN Mühafizə idarəsində əvvəlcə müfəttiş, sonra baş mufəttiş vəzifəsində çalışmış, 1980-ci ilin sentyabr ayından 1983-cü ilin may ayına qədər Azərbaycan Respublikası DİN Cinayət-Axtarış İdarəsinin, 1983-cü ilin iyun ayından 1987-ci ilin sentyabr ayına qədər isə Bakı şəhəri Nizami rayon daxili işlər şöbəsinin cinayət axtarışı üzrə müfəttişi olmuşdur.

1987-ci ilin sentyabrından 1988-ci ilin yanvar ayınadək Bakı şəhəri Nizami rayon daxili işlər şöbəsinin rəis müavini, 1988-ci ilin dekabr ayınadək həmin şöbənin rəisi vəzifəsində işləmişdir.1988-ci ilin dekabrından 1989-cu ilin iyun ayına qədər Bakı şəhər Daxili İşlər İdarəsinin Cinayət- Axtarış şöbəsinin rəis müavini, 1990-cı ilin sentyabr ayına qədər isə həmin şöbənin rəisi kimi fəaliyyət göstərmişdir.


Bundan sonra iki il-1990-cı ilin sentyabrından 1992-ci ilin sentyabrına qədər Gəncə şəhərinin Daxili İşlər İdarəsinin rəisi vəzifəsində çalışmış, 1992-ci ilin sentyabrında isə Azərbaycanda ilk dəfə olaraq Beynəlxaq Polis Təşkilatı–İnterpolun Milli Mərkəzi Bürosunun yaradılmasını təşkil etmiş və 1993-cü ilin aprel ayına qədər həmin Büronun rəisi vəzifəsində işləmişdir. 1993-cü ilin aprel ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 1-ci müavini vəzifəsində çalışmış, sonra 1993-cü ilin noyabr ayına qədər yenidən İnterpolun Milli Mərkəzi Bürosunun rəhbəri vəzifəsini icra etmişdir.

1993-cü ilin noyabr ayında Azərbaycan Respublikası Baş Purokurorunun 1-ci müavini təyin edilmiş, 1995-ci ilin mart ayından 2000-ci ilin aprel ayına qədər– səlahiyyət müdətti başa çatana qədər Azərbaycan Respublikası Baş purokuroru vəzifəsində çalışmışdır.


Bütün bu illər ərzində E.H.Həsənov bir sıra orden və medallarla, o cümlədən, 1989-cu ildə “İctimai qaydanin mühafizəsi işində əla xidmətlərinə görə” medalı ilə, 1988-ci ilin dekabrında isə “Konstitusion dövlət quruculuğunun müdafiəsi sabitliyin təmin olunması, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, xüsusilə də, təhlükəli dövləti və ağır cinayətlərin istintaqı işində xidməti vəzifəsinin icrasında fərqləndiyinə görə”, “Azərbaycan Bayrağı” Dövlət Ordenləri ilə təltif olunmuşdur.

E.H.Həsənov 2-ci dərəcə Dövlət Ədliyyə Müşaviridir. General-leytenantdır.

Son 6 il ərazində E.H.Həsənov Rusiyada, Gürcüstanda, Orta Asiya respublikalarında, Böyük Britaniyada, Türkiyədə, Almaniyada, İsveçrədə, ABŞ-da, Çin Xalq Respublikasında və digər ölkələrdə xidməti ezamiyyətdə olmuş və respublikamızı müxtəlif səviyyəli görüşlərdə layiqincə təmsil etmişdir.

E.H.Həsənov bir sıra nüfuzlu beynəlxalq və ictimai təşkilatların- Beynəlxalq Hüquqşünaslar İttifaqının (Moskva) sədr müavini, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının (Böyük Britaniya) üzrə, Alkoqolizm və digər asılılıqlarla mübarizə üzrə Beynəlxalq Şuranın (İsveçrə) Direktorlar Şurasının, Beynəlxalq Purokurorlar Assosiasiyasının (Hollandiya), Narkomaniya və Narkobizneslə Mübarizə üzrə Beynəlxalq Assosiasiyasının (Moskva) Koordinasiya Şurasının, Narkomaniya, Narkobiznes və Narkomaniya ilə mübarizə üzrə Beynəlxalq Fondun (Tiblisi), “Antinarkotizm” Beynəlxalq elmi-analitik Mərkəzin (Bakı) baş eksperti və Elmi Şurasının üzvüdür.

Müasir dünyanın bəlasina çevrilən, bəşəriyyətin və cəmiyyətin ciddi sosial təhlükə hesab etdiyi narkomanlığa, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl, prinsipial və səmərəli mübarizəsi ilə seçilən E.H.Həsənov bu sahədə tanınmış beynəlxalq ekspertdir. O, BMT-nin antinarkotik konvensiyalarında Azərbaycan Respublikasının qoşulmasında təşəbbüskarı, 1977-ci ilin fevralindan Bakıda keçirilən UNDSR-nin narkotiklərə nəzarətə dair Yaxın və Orta Şərq üzrə yardımçı kommisiyasının yekun sənədi olan “Bakı Sazişi”nin, eyni zamanda 1999-cu ilin 18 iyununda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun əsas müəlliflərində biridir.

Azərbaycan İctimaiyyəti E.H.Həsənovu təkcə uzun illər hüquq muhafizə orqanlarında müxtəlif rəhbər vəzifələrdə çalışmış bir hüquqşünas


kimi deyil, həm də Azərbaycanda və dünyanın müxtəlif ölkələrində çap olunan və maraqla qarşılanan elmi əsərlərin “Yetkinlik yaşına çatmayanların törətdikləri cinayətin qarşısını alma yolları”, Azərbaycan və rus dillərində, “Antinarkotizm:-cinayət –hüquq problemlər” Azərbaycan, rus və ingilis dillərində, “Narkotizm:-meyylər və aradan qaldırna tədbirləri”, Azərbaycan, rus və ingilis dillərində, “Narkotik cinayətkarlıqla mübarizə:-Beynəlxalq və müqayisəli-hüquq aspektlər”, (Azərbaycan, rus və ingilis dillərində), müəllifi, öz elmi- analitik və publisistik yaziları ilə dövri mətbuatda müntəzam çıxış edən bir alim və ziyalı kimi tanınır.


E.H.Həsənov 1991-ci ildə Bakı şəhərində “Gənclər arasında narkotizmin qarşısının alınmasında daxili işlər orqanlığının fəaliyyəti” mövzusunda namizədlik, 2000-ci ildə isə Moskva şəhərində “Narkotiklərlə bağlı cinayətlərlə mübarizənin cinayət-hüquq və krimonoloji problemləri” mövzusunda doktorluq disertasiyası müdafiə etmiş və hüquq elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.


E.H.Həsənov “Qızıl qələm” və “Hacı Zeynalabdin Tağıyev” mükafatı laureatıdır.

Azərbaycan Respublikası Prezidentinin fəramanı ilə 2001-ci ilin mart ayında E.H.Həsənov Azərbaycan Respublikasının Rumınyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunmuş və ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilmişdir. Hal-hazırda Serviyada səfirlik fəaliyyətini davam etdirir.

28 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev