Eldar Həsənov beynəlxalq tədbirdə Xocalı qətliamı törədilən gün qəbul olunan qətnaməni xatırladı 

21 fevral 2020-ci il tarixində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Azərbaycan Respublikasının Serbiyada, Bosniya və Herseqovinada (BvH) və Monteneqroda Səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Sarayevo Beynəlxalq Universitetində keçirilən tədbirçərçivəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş soyqırımı zamanı qətlə yetirilmiş 63 uşağın faciəli həyatından bəhs edən jurnalist Səriyyə Müslim qızının müəllifi olduğu “Onlar heç vaxt böyüməyəcəklər” kitabının və eyni adlı filmin təqdimatı keçirilib. Tədbirdə BvH və Azərbaycandan beynəlxalq hüquq üzrə nüfuzlu hüquqşünaslar, tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, qeyri-hökumət təşkilatları, diplomatik korpus, Srebrenitsa və Jepa anklavlarının Anaları Hərəkatının və KİV nümayəndələri iştirak edib. Tədbir iştirakçıları konfransın əvvəlində bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb. Azərbaycanın Serbiyada, Bosniya və Herseqovina və Monteneqroda səfiri Eldar Həsənov, Sarayevo Beynəlxalq Universitetinin rektoru professor Ahmet Yıldırım, kitabın müəllifi Səriyyə Müslim qızı, Sarayevo Universitetinin professoru, hüquq elmləri doktoru Edin Halapiç və eləcə də professor Sabahudin Hadjialiç (Assoc. Prof. Dr & Dr. Honoris Causa) tədbirdə çıxış edib. Natiqlər çıxışları zamanı Azərbaycanın #Xocalı şəhərinə 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin qəfildən hücum etdiyini, mülki insanların, o cümlədən 63 uşağın xüsusi qəddarlıqla və amansızcasına öldürüldüyünü, bir qisminin ağır yaralandığını, əsir alınıb işgəncələrə məruz qoyulduğunu və itkin düşdüyünü xatırladaraq Xocalıda törədilən bu etnik təmizləmə cinayətlərin Ermənistanın sistematik xarakter daşıyan zorakılıq siyasətinin bir hissəsi olduğunu, bu siyasətin əsasında ermənilərin irqi üstünlüyünü və azərbaycanlılara qarşı nifrəti aşılayan Njdeizm ideologiyasının dayandığını, Xocalıdakı hadisələrin soyqırımı cinayəti kimi tövsiyə edilməli olduğunu və beynəlxalq hüquq əsasında Ermənistanın və onun siyasi-hərbi rəhbərliyinin törədikləri bu cinayətlərə görə məsuliyyət daşıdığını birmənalı qeyd edib.

Azərbaycanın Bosniya və Herseqovinada səfiri #EldarHəsənov Bosniya və Herseqovina Parlamentinin Xalqlar Palatası tərəfindən 2013-cü ilin 26 fevral tarixində, məhz Xocalı qətliamı törədilən gün „Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması“ adlanan qətnamənin qəbulunu xatırladıb. O, qətnamədə Xocalıdakı hadisələrə siyasi qiymətin verildiyini qeyd edərək bu kimi sənədlərin, çağırış və bəyanatların beynəlxalq ədalətə, sülh və təhlükəsizliyə bir töhfə olduğunu bildirib.

Kitabın müəllifi jurnalist Səriyyə Müslim qızı yaşadığı acıları, zülümləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbir iştirakçıları həmin gün Sarayevo şəhərində #Heydər #Əliyev Fondunun təşəbbüsü, Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş “Dostluq parkı”nda #Xocalı #soyqırımı qurbanlarının xatirəsinə ucadılmış abidə kompleksini ziyarət edib. Abidə önünə əklil qoyan tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini yad edib.

Həmçinin, Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Sarayevo Beynəlxalq Universitetinin sərgi zalında bu faciəyə həsr olunmuş foto və rəsm sərgisi təşkil olunmuş, TRT World tərəfindən çəkilmiş “Black Orchards: #Azerbaijan and #Armenia’s #Wars” sənədli film nümayiş edilib.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev