Eldar Həsənovun qardaşı müraciət yaydı


Bu gün bəzi media orqanlarında Eldar Həsənovun torpaqlarımızın azad olunmasına susqunluq göstərdiyi və heç bir rekasiya vermədiyi haqda yanlış məlumat yayılıb.

Kalbajar.com xəbər verir ki, bu sözlər sabiq baş prokuror və səfir Eldar Həsənovun qardaşı Şahin Həsənovun yaydığı müraciətdə əksini tapıb.

Ş.Həsənov bildirib ki, qardaşı Eldar Həsənov hazırda təcridxanada olmasına baxmayaraq, bu barədə açıq müraciət edib:

“Yəqin media nümayəndələrinin bu məqam diqqətindən yayınıb və yaxud unudulub. Ona görə bir daha xüsusi olaraq yada salıram ki, qardaşım Eldar Həsənov 8 noyabrda – Azərbaycanın incisi olan Şuşanın azad olunduğu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət ünvanlayaraq, bu tarixi qələbə münasibəti ilə onu və Azərbaycan xalqını təbrik etdi. Kəlbəcərin azad olunması barədə qərardan sonra isə E.Həsənov ictimai müraciət yayaraq, bir kəlbəcərli kimi də Ali Baş Komandana sonsuz minnətdarlığını ifadə etdi. Bunlar barədə E.Həsənovun vəkili, Azərbaycanın tanınmış hüquqşünaslarından olan mərhum Adil İsmayılov həm sosial şəbəkə hesabında paylaşım etmiş, eyni zamanda mediada açıqlaması yayılmışdı”.

Ş.Həsənov vurğulayıb ki, Eldar Həsənovun Azərbaycanın tarixi Zəfərinə səssiz qaldığını düşünməyin özü yanlışdır:

“Eldar Həsənov Vətənini həddən çox sevən, ölkəsinə bağlı, Prezident İlham Əliyevin siyasi kursuna sadiq bir şəxsdir və bütün şüurlu fəaliyyətində ölkəmizə xidmət etməyə çalışıb. Hazırda onun istintaq təcridxanasında olması isə sadəcə, anlaşılmazlıqdır və hesab edirəm ki, yaxın müddətdə bütün məsələlər aydınlaşacaq və Eldar Həsənov da azadlığına qovuşacaq. Ancaq şəxsi zəmində üzləşdiyi anlaşılmazlıq Eldar Həsənovun Qarabağın azad edilməsi və tarixi qələbəmizə görə hədsiz sevincini büruzə verməyə mane ola bilməz və olmayıb da. Azərbaycan xalqı, Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında elə bir qələbə qazanıb ki, bunun yaxın yüzillik tariximizdə əvəzi yoxdur.

Buna görə də medianı bir daha milli məsələlərdə həssas olmağa, birliyimizi, bütövlüyümüzü qorumağa çağırır, yanlış informasiyalara inanmamağa və araşdırma aparmağa dəvət edirəm”.



BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.