“Ermənilər bunu biləndən sonra girovların məktub yazmasına imkan vermirlər”



Avropa məhkəməsi işi icraata götürəndən sonra ermənilər artıq bir ildir ki, atamın məktub yazmasına imkan vermirlər

Bunu Moderator.az-a açıqlamasında erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib:

Biz Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğunda saxlanılması ilə bağlı Avropa məhkəməsinə müraciət etmişdik. Onlar əvvəl işi icraata götürmürdü, amma sonradan işi icraata götürdülər. Bundan sonra kommunikasiya qəbul edildi. Burda Azərbaycan, Ermənistan və Avropa məhkəmələri arasında yazışmalar gedir. Orda da Avropa məhkəməsi əsirlərin saxlanma şəraitinə birbaşa Ermənistanın cavabdeh olduğunu bildirib. Ona görə də ermənilər Dilqəm Əsgərovla, Şahbaz Quliyevin ailələrinə məktub yazmalarına imkan vermir. Artıq bir ildir ki, atamdan və son dörd aydır ki, Şahbaz Quliyevdən məktub gəlmir. Çünki onlar məktubda səhhətləriylə bağlı bəzi məlumatları qeyd edirdirlər, bu da ictimaiyyətə açıqlanırdı və Avropa məhkəməsinə göndərilirdi. Bunu da biləndən sonra ermənilər təəssüflər olsun ki, məktub yazmağa imkan vermirlər”.

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov, həmçinin Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov öz ata-baba yurdlarını ziyarət etmək üçün, hazırda Ermənistan tərəfindən işğal altında saxlanılan Kəlbəcər rayonuna gediblər. Bu zaman Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan hərbçiləri tərəfindən girov götürülüb, Həsən Həsənov isə öldürülüb.

Qondarma qurumun “məhkəmə”sinin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev