“Ermənilər Dilqəm Əsgərovu zəhərləyib” - Girovun oğlu


Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun zəhərlənməsi ilə bağlı məlumatlar yayılıb.


Bu barədə AzVision.az-a girovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, D.Əsgərovun ermənilər tərəfindən zəhərlənməsi barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Roman adlı həkimi onun yaxın qohumuna məlumat verib. "Qohumum Ağamalı Nəbiyev BQXK-nın Roman adlı həkimi ilə telefon əlaqəsi saxlayıb. Həkim ona atamın zəhərləndiyini, bu səbəbdən məktub yaza bilmədiyini deyib. Mən bunu sonradan bildim. Ağamalı yenidən Roman həkimlə əlaqə saxladı. O, bu dəfə özünün dediklərini təkzib etdi. BQXK-ya müraciət etdik. Cavab verdilər ki, atam ailəsinə məktub yazmaqdan imtina edib. Biz buna inanmırıq. Atamın sağ olub-olmadığına əmin deyiləm. Əgər atam zəhərlənməyibsə, vəziyyəti yaxşıdırsa, onun videogörüntülərini bizə təqdim etsinlər", - deyə K.Əsgərov vurğulayıb. Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. AzVision.az

#DilqəmƏsgərov #Əsir #Girov

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev