"Ermənilər işğal etdikləri ərazilərdəki qədim Azərbaycan abidələrini məhv edir"



Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra tarixi və mədəni abidələrimizə qarşı da vəhşilik siyasəti həyata keçiriblər. Yüzlərlə mədəniyyət abidələrimiz erməni təcavüzünə məruz qalıb.

Hazırda işğal altında olan məscidlərimizin aqibəti nə yerdədir? Ermənilər məscidlərimizdən əsasən hansı məqsədlər üçün istifadə edir?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov Modern.az-a açıqlamasında işğal altındakı torpaqlarımızda məscidlərimizə qarşı erməni təcavüzünün geniş vüsət almasını qeyd edib.

Tarix və mədəniyyət abidələrimizin sayı 900-dən çoxdur

“Təəssüf ki, Dağlıq Qarabağ və işğal altındakı ətraf rayonlarda Azərbaycanın tarixi mədəni irsinə qarşı təcavüzün getdikcə geniş vüsət alması müşayət olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”, “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı” və “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na əsasən işğal olunmuş ərazilərdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən çoxdur. Heç şübhəsiz ki, bu siyahıya alınmayan, lakin əzəli torpağımız Qarabağdakı varlığımızın, milli kimliyimizin maddi sübutları olan minlərlə tarixi abidəmiz, dəyərimiz vardır. Bəzi məlumatlara görə dövlət qeydiyyatında olmayan abidələrin sayı 1500-dən artıqdır, beynəlxalq əhəmiyyətli abidələrin sayı onlarladır, qəbiristanlıqların sayı 900-dən artıqdır. Qarabağda tarixi-dini abidələrlə yanaşı, yüzlərlə mədəniyyət abidəmiz – kitabxanalarımız, muzeylərimiz, mədəni irsimiz də təcavüzə məruz qalıb. Bütün bu vəhşiliklərə, işğal altında qalan torpaqlarımızdakı insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan və separatçı Dağlıq Qaradağ rejimi məsuliyyət daşıyır”.


Məscidlərimizdə mal-qara saxlanılır

Nahid Məmmədov ermənilərin işğal altındakı məscidlərimizdən başqa məqsədlərlə istifadə etməsindən də danışıb.

“İşğal altındakı torpaqlarımızda tərəfimizdən təsbit olunmuş tarixi-dini abidələrin təqribi sayı 403-dür. Onlardan 67-si məscidlər, 144-ü məbədlər, 192-i ziyarətgahlardır. Ermənilərin tarixi-dini abidələrimizə qarşı vandal təcavüzü müxtəlif istiqamətlərdə aparılır. Milli mənsubiyyəti və qədim tarixi milli, dini ənənəni özündə ehtiva edən abidələr tamami ilə uçurulur. Bu abidələrin erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhd edilir. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət göstəriciləri dağıdılır, təhqir olunur. Son illərdə məscidlərdə mal-qara və digər heyvanların saxlanılması faktı Qərb ölkələrinin fotomüxbirləri tərəfindən də lentə alınmış və bütün dünya ictimaiyyəti bu kadrlarla tanış olub”.

Erməniləşdirilən məscidlərimiz hansılardır?

Komitə rəsmisi bildirib ki, Ermənistan tərəfindən tarixi-dini abidələrimizə qarşı erməniləşdirmə siyasəti aparılır.

“Ən ağırı odur ki, tarixi Alban məbədləri erməniləşdirilib qriqoryanlaşdırılır. Məsələn, erməni təcavüzünə məruz qalmış istər İslam, istərsə də Alban irsinə dair tarixi-dini abidələrdən İrəvan “Şah Abbas” məscidi, “Buğakar” ziyarətgahı, “Ağadədə” ziyarətgahı tamamilə uçurulub; İrəvan “Göy” məscidi, “Cəfərabad” türbəsi özgələşdirilib-dəyişdirilib; “Yuxarı Gövhər Ağa” məscidi (Şuşa), “Aşağı Gövhər Ağa” məscidi (Şuşa), “Saatlı məscidi” (Şuşa), Ağdam Cümə məscidi dağıdılaraq təhqir olunub; “Ağoğlan” məbədi, “Xudavəng” məbədi (Kəlbəcər rayonu), “Tatev” məbədi, “Gəncəsər” məbədi erməniləşdirilib-qriqoryanlaşdırılıb”.

Erməni vandalizmi

Nahid Məmmədov məbəd dağıtmağın müqəddəs kitablarda böyük günah işi olduğunu da vurğulayıb.


“Dinşünaslarımızın qeyd etdiyinə görə, ilahi dinlərin hər birində məbəd dağıtmaq böyük günah hesab edilir. Lakin görünən odur ki, ermənilər Tanrı məbədlərini dağıtmaqla xristian ehkamlarını da pozmaqdan çəkinmirlər. İncildə bu barədə deyilir: “Kim Allahın məbədini məhv edirsə, Allah onu məhv edəcək, çünki Allahın məbədi müqəddəsdir…” (İncil, Korinflilərə I məktub, 3/17).

Eyni zamanda, Qurani-Kərimdə də buyurulur: “Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!” (Qurani-Kərim, Bəqərə, 114). Ermənilər işğal etdikləri ərazilərdəki qədim Azərbaycan abidələrini məhv edir, yerli toponimləri planlı şəkildə dəyişdirirlər. Onların vandal davranışları Beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir”.

MODERN.AZ (Namidə BİNGÖL)

#Kəlbəcər #XİN #BMT #Azərbaycan #DağlıqQarabağ #Işğal #Ermənistan #Qarabag

12 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev