“Ermənilər iddia edirdi ki, guya 17 yaşlı gənci qətlə yetirmişəm...” - Diqləm Əsgərov erməniləri ...

“Ermənilər iddia edirdi ki, guya 17 yaşlı gənci qətlə yetirmişəm...” - Diqləm Əsgərov erməniləri ifşa etdi...

Xəbər verdiyimiz kimi 2014-cü il iyulun 11-də Kəlbəcər sakini Dilqəm Əsgərov öz ata-baba yurdlarını ziyarət edərkən dostu Şahbaz Quliyevlə birlikdə ermənilər tərəfindən girov götürülmüşdü. Ermənilərin qurduğu qondarma “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətində azadlıqdan məhrum edilmişdi.

Lakin Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatı zamanı düşmən biabırçı şəkildə məğlubiyyətə uğradıldı, həm torpaqlarımız, həm də Dilqəm və Şahbaz əsirlikdən azad edildi.

Əsirlikdən gələrkən D.Əsgərov özüylə ermənilərin saxta məhkəmə qərarlarını da gətirib. O, Moderator.az-a təqdim etdiyi sənətdə ermənilərin daha bir yalanını ifşa edib. D.Əsgərovun sözlərinə görə ermənilərin onun öldürdüyünü iddia etdiyi erməni gəncinin 17 yox, 27 yaşı olub:


“Ermənilər iddia edirdi ki, guya mən 17 yaşlı erməni gənci Çakanyan Smbatı qətlə yetirmişəm. Hansı ki, mən bu cinayəti törətməmişdim və bunu zorla boynuma qoydular. Mən həmin o qondarma məhkəmə qərarlarını özümlə gətirmişəm. Bunların daha bir yalanı ondan ibarətdir ki, həmin gəncin 17 yox, 27 yaşı olub. Qətnamədə Smbatın doğum tarixi 28.04.1984-cü ildir. Öz əcəli ölən adamın yaşını 10 il azaldaraq iddia edirdilər ki, guya o adamı mən qətlə yetirmişəm. Təsəvvür edin ki, bu yalançı ittihamlarla onlar məni ömürlük həbsdə saxlamaq istəyirdilər. Bununla da bütün dünyaya car çəkirdilər ki, Dilqəm Əsgərov 17 yaşlı gənci öldürüb. İndi bütün dünya görsün ki, ermənilər mənim üzərimdə hansı qondarma ittihamları qurmuşdular”.

www.moderator.az



BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.