top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Ermənilər qorxudan əl-ayağa düşdü: “Azərbaycan ordusu Sırxavənd kəndinə irəliləyir”

44 günlük müharibə dövründə Ermənistan ordusuna diz çökdürərək tarixi ədaləti bərpa edən Azərbaycan ordusunun yaratdığı qorxu ermənilərə rahatlıq vermir. Belə ki, Ermənistan mətbuatı növbəti dəfə Qarabağdan qorxu və təşviş dolu materiallar verərək həyəcan təbili çalıb.


"Sputnik Ermənistan” nəşri Azərbaycan ordusunun Ağdərənin Sırxavənd kəndi istiqamətində irəlilədiyini iddia edib.

Nəşr qeyd edib ki, Azərbaycan ordusu 370 metr irəliləyərək "erməni tərəfinə” keçib və hazırda təxminən kəndin 1,5 kilometrliyində dayanıb. İddiaya görə, hələ aprelin 25-də Azərbaycan ordusu mövqelərini irəli çəkib, lakin sülhməramlıların müdaxiləsindən sonra geri qayıdıb. İndi isə Azərbaycan ordusu yenidən aprelin 25-də irəlilədiyi mövqeyə gəlib və burada möhkəmlənib.

Əslində, erməni mətbuatında bu kimi xəbərlərin tirajlanmasının səbəbi Müzəffər Azərbaycan ordusunun müharibə günlərində nümayiş etdirdiyi qüdrəti və qəhrəmanlığıdır.

Hələ də rüsvayçı məğlubiyyətin şokundan ayılmayan ermənilər üçün Azərbaycan ordusunun bəlkə də istənilən yerdəyişməsinin bu cür ölümcül qorxu yarada bilməsi təəccüblü deyil.

Lakin təəccüblü olan erməni KİV-də yer verilmiş "erməni tərəfi” ifadəsidir. Görünür erməni tərəfi hələ də qəbul edə bilmir ki, Qarabağda "erməni tərəfi” yoxdur. Bura Azərbaycan torpağıdır! Ermənilər üçün isə həqiqət və yeni reallıqlarla barışmaq ən yaxşı yeganə çıxış yoludur.

Xatırladaq ki, Sırxavənd kəndi Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi dairəsində yerləşən kənddir. Bu kənd vaxtilə ləğv edilmiş Ağdərə rayonunun inzibati tabeçiliyində olub.

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page