Ermənilərin girov götürdüyü Dilqəm, Şahbaz mənə görə hər an işgəncə yaşayırlar,- həmin QARABAĞAM!


Axşamınız  xeyir!

Bilirəm,  “axşamınız xeyir”,  sözüylə məktub yazılmır.

Amma neyniyim, burda günün 24 saatı qaranlıqdır; 30 ildir, Günəş yoxdur!

Hərdən elə bilirəm, bütün dünya qaranlıqdı, elə Sizin də mənsiz  Günəşiniz  yoxdu. Yanılmıram ki...

Amma yox, arada yanıldığımı da bilirəm.


Mən, QARABAĞAM! Yəqin, xatırladınız:  ata-babalarınızın qəbirləri  viran olan, ulularınızın ruhları əzilən, qız-gəlinlərinizin namusu çöllərə tökülən, dədələrinizin, nənələrinizin xiffətimdən ürəyi partlayan, izinizin silindiyi XARABA, YAZIQ  bir diyar...


Yox, deyəsən,  yadınıza düşmədim ,- ermənilərin girov götürdüyü Dilqəm, Şahbaz mənə görə hər an işgəncə yaşayırlar,- həmin QARABAĞAM!


Bilirəm, başınız daha vacib işlərə qarışıb, deputat olmaq istəyirsiniz. Özünüzü seçicilərə tanıtmaq üçün o ziyarət etdiyiniz  Şəhid anaları, Şəhid övladları, Şəhid xanımları var e...

...Onlar mənə görə gözüyaşlı qalıblar. Utanıram, onlara görə, günahkaram onların yanında...

Çox uzatmayım. Onsuz da elə  vaxtdır ki, kimsə kimsənin kitabını oxumur. Mənim bu məktubum guya kimə lazımdır ki?!


Nə edim, yazıram da... Oxuyan da sağ olsun, oxumayan da! 


İndi Sizin üçün deputat mandatı Qarabağdan min dəfə rənglidi, çəkicidi, dadlıdı, maraqlıdı, vacibdi. Bunu hamı bilir! Elə  Siz də, mən də...


Mətləbə keçim.


Təbliğatınız dövründə Sizi çox güclü gördüm. Mandat üçün dost-dosta, qohum-qohuma, kişi xanıma rəqib oldu. Normal qarşıladım.

Mandat üçün dost-dosta, qohum-qohuma, kişi xanıma düşmən oldu. Onu da normal qarşıladım.




Mən QARABAĞAM!


Kaş ki, mənim üçün də bu qədər mücadilə edərdiniz! Daha bir 30 il də məni Sizsiz qoymayın. Yoxsa , Sizin olmayacağam. Heç istəsəm də ola bilməyəcəyəm. Tələsin!

Ata-babalarınızın qəbirləri viran olan yerlərdə düşmən qəbirləri dikəlir, ulularınızın ruhları əzilən yerdə düşmən ruhları gəzir, qız-gəlinlərinizin namusu çöllərə tökülən yerlərdə düşmən qız-gəlinləri toy-bayram edir, dədələrinizin, nənələrinizin xiffətindən ürəyi partlayan yerlərdə düşmən dədə-nənələri aborigenlik edir, izinizin silindiyi yerdə düşmən izi göyərir, XARABA, YAZIQ  bir diyar düşmən üçün laləzara çevrilir.

Fərqindəsinizmi?

Daha bir 30 il də məni Sizsiz qoymayın! Yoxsa  Siz də, Sizdən gələcək nəsillər də mənə həsrət qalacaq.


Mən QARABAĞAM... Xatırladınız?!


Yoxsa, xatırladım: Danışmağa mövzu, deməyə söz olmayanda bəhs etdiyiniz Qarabağ...


Ən nəhayət!


Qarabağsız deputat mandatı, yoxsa Qarabağlı sıravi AZƏRBAYCANLI!

MÜCADİLƏNİZ MÜBARƏK!


İmza:   QARABAĞ!


Modern.az

131 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev