''Ermənistan çağırışları qulaqardına vuraraq həyasızcasına açıqlamalar verir...''

Xəbər verdiyimiz kimi son zamanlar Ermənistan tərəfi erməni əsirliyində qalan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycan Respublikası ərazisində terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və Araik Kazaryanla qarşılıqlı mübadilələrinə Azərbaycanın hazır olmadığı barədə sərsəm açıqlamalar verib. Məsələyə münasibət bildirən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Moderator.az-a açıqlamasında əslində ermənilərin hər dəfə bu təklifdən boyun qaçırdığını və sonra da bu cür həyasızcasına açıqlamalar verdiklərini bildirib: “Ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu əsir və girovların hamının-hamıya prinsipi ilə dəyişdirilməsi prosesini bu gün də ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Ölkə başçısı beynəlxalq təşkilatlara və həmçinin Ermənistana bu formada çağırış və prinsipial yanaşır ki, girovlar hamının-hamıya prinsipi ilə dəyişdirilməlidir. Bildiyiniz kimi bir müddət öncə Rusiya və Ukrayna arasında da əsir və girovların hamının-hamıya prinsipi ilə dəyişdirilməsi prosesi baş tutdu və bu təqdirəlayiq bir addım oldu. Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında razılıq əldə olunar və əsirlər hamının-hamıya prinsipi ilə dəyişər. Ancaq Ermənistan Azərbaycanın təkliflərini və çağırışlarını qulaqardına verərək hətta həyasızcasına belə bir açıqlama verərək deyir ki, Azərbaycan tərəfi bizə təklif etməyib”.

Moderator.az

79 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev