''Ermənistan beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozur'' - XİN


“Ermənistan xarici işlər nazirinin bu ölkənin ictimai televiziyasına verdiyi müsahibəsində siyasi rəhbərlik tərəfindən verilən bəyanatlar təkrar olunub. Ermənistan baş nazirinin Dağlıq Qarabağdakı insanlar adından danışa bilməyəcəyi, onun “Tavuşdan Sünik ərazisinədək yaşayan Ermənistan sakinləri adından danışmaq ixtiyarının olduğu” iddia edilir. O zaman daha öncə səsləndirdiyimiz sualı bir daha qeyd etmək istərdim: belə olduğu təqdirdə seçkilər zamanı ona səs vermiş Ermənistan vətəndaşı olan gənclərin Azərbaycanın işğal olunmuş ərazilərində nə iş var?!”.


Kalbajar.com Modern.az -a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən Ermənistan xarici işlər nazirinin bu ölkənin ictimai televiziyasına verdiyi müsahibəsinə verilən açıqlamada bildirilir.


Məlumatda daha sonra bildirilir ki, Ermənistan naziri bu ilin 16 yanvar tarixində Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən verilmiş bəyanatı xatırlamaya bilər: “Lakin ötən ilin 6 dekabr tarixində Milanda şəxsən özünün də razılığı ilə qəbul edilmiş birgə bəyanatı yəqin ki, unutmayıb. O bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişənin ədalətli və davamlı sülh yolu ilə həlli üzrə işləməyi davam etdirəcəklər. Azərbaycan tərəfi görüşləri sadəcə görüşlər naminə keçirmir və beynəlxalq ictimaiyyəti bu kimi görüşlərlə öz xoş niyyətinə inandırmaq kimi məqsədi də yoxdur. Bizim məqsədimiz birdir, qətidir və hüquqi əsaslıdır: Biz Ermənistan tərəfindən beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozularaq işğal edilən ərazilərimizin azad edilməsi və bu ərazilərə yerli azərbaycanlıların köçürülməsini sülh yolu ilə təmin etmək məqsədilə danışıqlar aparırıq.


Ermənistan vətəndaşları adından danışmağa mandatı olduğunu bəyan edən bu ölkənin siyasi rəhbərliyinə bildirmək istərdik ki, belə olduğu təqdirdə, Tavuş, Sünik və digər ərazilərdən olan və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət göstərən Ermənistan vətəndaşları adından danışsın.


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev