Ermənistan ordusu Qarabağdan TAM ÇIXARILACAQ


Ermənistan Ordusu Qarabağdan tam çıxarılacaq.

Bu barədə İtaliyanın paytaxtı Roma şəhərində yaşayan mühacir siyasətçi Mikael Minasyan yazıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağın sülhməramlıların nəzarəti altında olan hissəsində bütün qanunsuz hərbi birliklər 2021-ci ilin yazına qədər ləğv olunacaq. Ermənistandan olan çağırışçılar daha Qarabağ ərazisində xidmətə buraxılmayacaq və işğalçı ordu ərazidən tam çıxarılacaq. Yerli ermənilər isə sülhməramlıların nəzarəti altında yalnız polis və daxili qoşun birliklərində xidmət keçəcək.

“Sabah yenə də təəccüblənməmək üçün yazıram ki, Nikol və Vaqarşak Arutunyan “Dağlıq Qarabağın müdafiə ordusu”nun ləğvinə razılıq veriblər. Nikol Paşinyan öz missiyasını sona çatdırır”- deyə Minasyan yazıb.

Xatırladaq ki, eks-prezident Serj Sarkisyanın kürəkəni olan Minasyan Ermənistanın Vatikandakı səfiri vəzifəsində çalışıb. O 2018-ci ildən ölkədə baş verən prosesləei şərh edir və hakimiyyət kluarlarında baş verən əksər hadisələrdən xəbərdardır. Belə ki, məhz Minasyan ilk dəfə Qarabağ döyüşlərində Ermənistan ordusunun azı 4750 nəfər hərbçi itirdiyini yazmışdı. Modern.az

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.