“Evdə qal!” kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirləri həyata keçirilmişdir - FOTOLAR

Bu gün dünyanı cənginə almış koronavirus (COVID-19) pandemiyası ölkəmizdəndə yan keçməmiş, dövlətimiz bütün dünyanı bürümüş bu bəlaya qarşı mübarizədə ilk gündən xalqının yanında olmuşdur və ölkə başçısı cənab İlham Əliyevin çevik siyasəti, vaxtında həyata keçirdiyi ciddi önləyici tədbirlər nəticəsində ölkəmizdə vəziyyət hazırda bir çox ölkələrə nisbətən xeyli qənaətbəxş səviyyədədir. Dövlət başçısının ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə verdiyi qərarlar, xüsusilə də "Biz birlikdə güclüyük” çağırışı isə bu gün hər birimiz üçün örnəkdir. Vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanan bu çağırış ölkə başçısının xalqımıza qayğısının daha bir bariz nümunəsidir. Xalqının sağlamlığını və rifahını hər şeydən ütsün tutan Cənab İlham Əliyevin bu sahədə apardığı tədbirlərə dəstək məqsədi ilə Respublikamızın hər yerində olduğu kimi, Kəlbəcər rayonuda qoşulmuş, rayonunda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirləri həyata keçirilmişdir.
Həyata keçirilən tədbirlər çərçivəsində Kəlbəcər Rayon İcra Hakimiyyətinin, Kəlbəcər rayonundan seçilmiş Milli Məclisin deputatı cənab Aqil Məmmədovun və YAP Kəlbəcər rayon təşkilatının birgə dəstəyi ilə də xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə ərzaq yardımı göstərilmişdir
Vətəndaşlarla görüşdə onlara bildirilmişdir ki, bundan sonra da dövlət vətəndaşlarının sağlamlığı və rifahı üçün əlindən gələni əsirgəməyəcəkdir. Bizlərdə hər birimiz karantin rejiminin tələblərinə qeyri-şərtsiz əməl etməklə ailəmizin, cəmiyyətimizin və dövətimizin gələcəyi naminə əl-ələ verərək, birlik və bərabərlik göstərərək Cənab İlham Əliyevin virusla apardığı mübarizədə ona dəstək olmalı, öz vətəndaşlıq vəzifəmizi layiqincə yerinə yetirməliyik deyə aksiya iştirakçıları vətəndaşlara səslənmişdir. Xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə dəstək aksiyası davam edir.