"Eyni zamanda prezidentimizin siyasətini sədaqətlə icra edən bir ziyalımızdır"-Adəm Məmmədov



Hüquqlarını müdafiə etdiyim sabiq Baş prokuror və səfir Eldar Həsənovla görüşümdən sonra gəldiyim qənaət odur ki, birmənalı olaraq o, vətəninə, dövlətinə və prezidentinə sadiq adamdır. Eyni zamanda prezidentimizin siyasətini sədaqətlə icra edən bir ziyalımızdır. Onunla səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərdən gəldiyim nəticə odur ki, bu həbsin səbəbi Eldar müəllimin Baş prokuror kimi fəaliyyət göstərdiyi zamanda respublikamızın hazırda nüfuzlu bir şəxs ilə keçmişdə aralarında yaranmış işçi münasibətinin gərginləşməsinin qisasıdır.

Xarici İşlər Nazirliyində əvvəllər vəzifə sahibi olmuş şəxslərin ağır cinayət törətməkdə ittiham edildiyi halda azadlığa buraxılmalarına baxmayaraq, ömrünün çox hissəsini dövlətinə xidmət etmiş sabiq Baş prokuror və səfir Eldar Həsənov hələ də istintaq təcridxanasında saxlanılmasının ona qarşı xüsusilə ayrı-seçkilik olduğunun fərqindədir. Buna baxmayaraq, qeyd edir ki, Allah həmişə hər birinin qapısını açıq etsin.

Eldar müəllim əminliklə bildirdi ki, yaxından tanıdığı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev səhhətində ciddi problemləri, dözülməsi mümkünsüz ağrıları olan 66 yaşlı bir insanın ədalətsiz şəkildə həbsdə saxlanmasından məlumatlı olsa heç vaxt belə qeyri-humanistliyə imkan verməz.

Nəzərinizə çatdırmaq istəyirəm ki, Eldar müəllim ixtisaslaşdırılmış xəstəxanların birində təcili cərrahiyyə əməliyyat olmasa, səhhətindəki problemlərə görə həyatını itirə bilər.

O, qəti olaraq özünü təqsirli bilmir. Ümumiyyətlə istintaq dövründə bu ədalətsizlik və qanunsuzluqlara etiraz olaraq ifadə verməkdən imtina edib və gələcəkdə də belə bir niyyəti yoxdur.

Məni təəccübləndirən odur ki, təqsirsiz olduğu halda nə sovet dövründə, nə də müstəqillik vaxtında heç bir sabiq Baş prokuror və fəaliyyətdə olan fövqəladə və səlahiyyətli səfir həbs olunmamışdır.

Mövcud sənədlərlə və Eldar Həsənovun səhhətinin vəziyyəti ilə yaxından tanış olan bir vəkil kimi əminəm ki, ölkə başçısı ədalətin bərqərar olması ilə bağlı göstəriş verəcək.


Adəm Məmmədov (Eldar Həsənovun vəkili)

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev