Füzulidə məktəblilərə gödəkçə və ayaqqabı paylanılıb


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ölkə rəhbərliyinin tapşırığını yerinə yetirərək Novruz bayramı ərəfəsində müəyyən humanitar aksiyalar təşkil edir. Kalbajar.com Dövlət Komitəsinə istinadən xəbər verir ki, martın 11-də Füzuli rayonunda yaşayan məcburi köçkün ailələrdən olan məktəblilərə Dövlət Komitəsi tərəfindən gödəkçə və ayaqqabı paylanılıb. 


Bu humanitar aksiya rayonun “Zoubucuq” və “Qayıdış” ərazilərində salınmış 16 qəsəbədə yerləşən məktəb və bağçaları əhatə edib. Məktəblilərə ümumilikdə 720 ədəd gödəkçə, uşaq bağçalarında tərbiyə alan balacalara isə 480 ədəd ayaqqabı paylanılıb. 



Gödəkçə və ayaqqabılar Dövlət Komitəsinin Təchizat-istehsalat idarəsinin tərkibinə daxil olan Baza sənaye kombinatında azırlanıb. Bütün işçiləri məcburi köçkünlərdən ibarət olan Baza sənaye kombinatında hazırda məktəbli formaları tikilir.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev