Füzulinin işğaldan azad olunmuş əraziləri yaşıllaşdırılır

Updated: Feb 8, 2019



Verilən təlimat və tapşırıqlara uyğun olaraq son illər Füzuli rayonunda yaşıllaşdırma işləri sürətlə həyata keçirilir. Rayonun işğaldan azad olunmuş ərazilərində 12694 ədəd çinar, 129120 ədəd tut, 2000 ədəd qoz ağacı, 130000 ədəd gül kolu əkilmişdir. Təkcə Horadiz şəhərində əkilən ağac və güllərin sayına və tərkibinə nəzər salsaq görülən işlərin miqyası aydın olar. Belə ki, Horadiz şəhərində 6280 ədəd Eldar şamı, 3018 ədəd Leylandra, 400 ədəd Amerikanka, 33 ədəd sərv, 84 ədəd Buksus, 825 ədəd yerli yolka, 1324 ədəd Ebomus, 28 ədəd yasəmən,52 ədəd yolka spiral, 24 ədəd yolka kremlyovski,17 ədəd tikanlı astra,447 ədəd aylandra,32 ədəd Yolka pramida, 8 ədəd əzgil,28 ədəd sekas, 48 ədəd Maqnoliya, 4034 ədəd Karli qızıl gül, 19500 ədəd yerli qızıl gül olmaqla cəmi 12648 ağac və 23534 ədəd gül əkilib.


2019-cu ildə Horadiz şəhərinin yaşıllıq mənzərəsini zənginləşdirmək məqsədilə daha 1000 ədəd çinar, 2100 ədəd Leylandra, 2 ədəd yolka Pramida, 1200 ədəd gül də  əkilib.



“Füzuli  rayonunda yaşıllıqların salınması kimi yaşıllıqların qorunması, onlara lazımi qulluq göstərilməsi də daim diqqət mərkəzində saxlanılır.

Bütün bu görülən işlərə verilən ən böyük qiymət isə cənab prezident İlham Əliyevin   Füzuliyə beşinci səfəri zamanı işlətdiyi “Biz burada, düşmənlə üz-üzə Horadizdə bir gülüstan, bir abad şəhər görürük” ifadəsidir”,- İcra Hakimiyyətindən bildirilib.


Modern.az

14 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev