Fəxri adlar verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI
20:35 | 10.10.2018

Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinə fəxri adlar verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar həkim” Şükürov Adil Əvəz oğlu. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 10 oktyabr 2018-ci il.