GÖRKƏMLİ TƏNQİDÇİ ƏLƏMDAR CABBARLININ 'QIZIL'INDAN YAZDI


İstedadlı gənc şair kimi tanıdığım Ələmdar Cabbarlının yeni kitabı - "Qızıl" çapdan çıxıb. Amma bu kitabda onun şeirləri ilə deyil, bir povesti və doqquz hekayəsiylə tanış oldum.


Bədii yaradıcılıq ilk növbədə, istedad amili ilə bağlıdır. Bir şairin nəsr əsərləri yazması, yaxud bir nasirin lirikaya üz tutması ədəbi aləmdə heç də gözlənilməz hadisə kimi qarşılanmır. Lakin şairin nəsrində, yaxud nasirin lirikasında çox az hallarda ədəbi uğur müşahidə olunur. Ələmdar Cabbarlı bu ilk nəsr kitabında məhz bir nasir kimi də diqqəti cəlb edir. Əlbəttə, tam qətiyyətdə hökm vermək olmur ki, onun povesti və hekayələri müasir nəsrin tələbləri ilə bütünlüklə səsləşir, necə deyərlər, bu əsərlər üçün yalnız yaşıl işıq yanır, qırmızı işıq təhlükəsi yoxdur. Təbii ki, Ələmdarın nəsrində də bəzi məqamlar var ki, gələcək hekayələrində bunlar aradan qaldırıla bilər. Amma indi mən bu kitabın nəzərə çarpan məziyyətlərindən söz açmaq istəyirəm. 


Ələmdarın "Qızıl" kitabında toplanan nəsr əsərlərini Zaman və Məkan prinsipiylə səciyyələndirməli olsaq, Zaman çox da uzaqlara gedib çıxmır. Elə Ələmdarın öz yaşadığı dövrü-səksəninci illərdən ta bu günə qədər olan bir zamanı əhatə edir. Sovet dövrü və müstəqillik illəri Ələmdar hər iki zamanın maddi-mənəvi prinsiplərinə yaxşı bələddir. Məkan isə əsasən Kənddir, bu kənd tipik Azərbaycan kəndidir, onun öz yaşadığı kənddir-bunun elə bir əhəmiyyəti yoxlur. Məsələ ondadır ki, onun qəhrəmanları şəhər mühitində də öz mənəvi keyfiyyətlərini itirmirlər. Ələmdar bütün yazılarında əsl kənd adamıdır, kəndin bütün etnik, milli-məişət səviyyəsini özündə, varlığında əks etdirən bir ziyalıdır, belə olmasaydı, o, son dərəcə koloritli, bütün kökü-köməci ilə torpağa bağlı obrazlar yarada bilməzdi. Söhbətimizə "Kino" povestindən başlayaq. "Kəndə hay düşdü ki, Qulu təzə kino gətirir. Yox, qoy lap başdan danışım. Səhər saat doqquzda onuncu siniflərin valideyn iclasına toplaşanların arasında Qulunu görməyən direktor Sabir müəllim Qulunun oğlundan "a bala, sənin atan niyə gəlməyib" soruşanda Həmid dilləndi: - Müəllim, atam bu gün qoyun nobatındadı. - Bala, atan dünən də nobatdaydı, axşam xırmanda qoyun otarmağa gedəndə özüm görmüşəm, bu nobat ayda bir dəfə olmur? - Müəllim, atam nobatı dəyişib iki gün dalbadal gedir. Birisigündə-zadda rayona gedib kəndə kino gətirəcək. Deyir, Bakıdan qəşəng kino gətiriblər, o biri kənddən qabaq özüm gətirəcəm, qoy birinci bizim camaat baxsın. Povestdən gətirdiyim bu kiçik parçada Ə.Cabbarlının səliqəli-səhmanlı yazı tərzi ilə tanış olduq. Kənd koloritinə məxsus sözlərin, ifadələrin, danışıq tərzinin ahəngi xoş bir ovqat yaradır. Onun digər hekayələrində də belə şirəli dil faktoru ilə qarşılaşırıq. Povestin süjeti ilk baxışda ciddi əhəmiyyət daşımayan bir hadisə üzərində qurulub. Köhnə bolşevik Nuru kişi kino göstərən Qulu ilə "konfliktə" girir. "Oğul, sənə neçə dəfə demişəm biçin vaxtı kəndə kino gətirmə, camaatı işdən-gücdən aralama. Mən icazə vermərəm o kino kəndə gəlsin". Amma Qulu inadkardır, istəyir ki, kənd camaatına mədəni xidmət göstərsin. Məsələ o yerə çatır ki, bu sərt və köntöy kolxoz sədri Qulunun məsələsini partiya iclasına çıxarır. İclas qərara alır ki: "Kənd sakini Qulu Mahmud oğlu partiya nizamnaməsinə zidd olaraq sovet zəhmətkeşlərini işdən yayındırdığına görə, onun kənd klubunun müdiri vəzifəsindən azad olunması və partiya sıralarından çıxarılması əlaqədar təşkilatlardan xahiş edilsin". Bu, sovet dövrünün həqiqəti ilə tam səsləşir. Nuru kişi öz "qələbəsinə" sevinir. Amma Qulu da dediyindən dönmür, klubda gətirdiyi kinonu nümayiş etdirir. Sədrin qorxusundan isə bir-iki nəfərdən savayı heç kimi kinoya baxmağa gəlmir. Nuru kişi öz "qələbəsinə" tam arxayın halda kənd klubuna-kino göstərən yerə daxil olur, burada isə gürcü filmi - "Əsgər atası" nümayiş etdirilir. Və bu zaman gözlənilməz bir hadisə baş verir. Vaxtilə Nuru kişinin beş oğlundan ikincisi - Həsən müharibəyə gedib, amma qayıtmayıb, Nuru kişi onun həsrətiylə yanıb-yaxılır, çox yerə müraciət edib, amma oğlunun öldü-qaldısından xəbər yox. Filmə baxandan sonra Nuru kişi kövrəlir: "Kaş ki, mən də o vaxt Həsənimin dalınca axıra kimi gedəydim, son kəlməsini eşidəydim". Və Nuru kişi bir cərgə arxada əyləşən buxalterə, ferma müdirinə və anbardara çevrilib deyir ki, gedin, camaatı tökün gətirin bura". Beləliklə, "konflikt" həll olunur. Amma burada təkcə Qulunun qələbəsi əsas deyil, həm də sənətin təsiredici gücüdür ki, sərt və köntöy kolxoz sədrinin qəlbini yumşaldır. Bu hadisə, öncə qeyd etdiyim kimi, sırf sovet dövrü zamanına aiddir və o dövrün səciyyəvi qüsurlarını üzə çıxarır, eyni zamanda iki bir-birinə zidd xarakterin təcəssümünə çevrilir. Ələmdar Cabbarlının povestində və hekayələrində ikinci uğurlu cəhət həyati obrazlar yaratmaq cəhdidir və o, bir çox hallarda buna nail olur. Şairin ilk nəsr kitabı - Vaqif Yusifli "Mirzə əfsanəsi" hekayəsində Ələmdar çox mürəkkəb səciyyəli bir obraz yaradır. Hekayə-portret adlandırdığı bu yazıda Ələmdar bir insanın - Mirzə müəllimin - əslində, bir az Anarın Feyzulla Kəbirlinski obrazını xatırladan bu insanı bütün səciyyəvi xüsusiyyətləri ilə "rəsm" edir. Amma Mirzə müəllim Kəbirlinskidən fərqli olaraq heç də istedadsız adam deyil, məclislərdə şeir deyir, nitq söyləyir, hər bir məsələyə öz münasibətini bildirir və s. Amma onun "istedadı" dərinliklərə vara bilmir, hamısında yarımçıqdır. Bununla belə, Mirzə müəllim həm də kövrək adamdır, məsələn, restoranda öz yemək payını ofisianta verir ki, aparıb evdə arvad-uşağına yedirsin. Beləliklə, Ələmdar bu günün bir çox insanlarını xatırladan maraqlı bir obraz yaradır. Onun təsvir etdiyi obrazlar adi insanlardır - bu insanlar heç bir qeyri-adiliyi ilə seçilmirlər, lakin onların düşdükləri hal-qəziyyə bəzən qeyri-adi təsir bağışlayır. Ya da onlar gözləmədikləri bir hadisə ilə üzləşirlər. "Zurnaçı" hekayəsinin qəhrəmanı Möhübbət uzun illərdir ki nazirlikdə işləyir, amma nə qədər bacarıqlı və işgüzar olsa da, vəzifə pilləsini aşa bilmir, buna ehtiyacı da var, çünki maddi cəhətdən sıxıntılı halda yaşayır. Neçə dəfə nazirə müraciət edir, amma... Axırda nazir onu yanına çağırır, Möhübbət sevinir ki, bəlkə bu çağırışda dərdinə dərman tapıla. Nazir isə ona deyir ki, uşağının toyuna bir zurnaçı tapsın. Komik situasiya faciəvi "dona" girir. Möhübbət müəllim suyu süzülə-süzülə nazirin otağını tərk edir. Bu hekayə, əslində, novelladır. Yeri gəlmişkən, qeyd edim ki, Ələmdar Cabbarlı öz povestində və bir neçə hekayəsində novella janrına xas olan - gözlənilməz hadisə sonluğuna müraciət edir, bu, onun yazılarına xas olan bir üsul kimi maraqlı təsir bağışlayır. Bunu "Aptekçi" və "Portret" hekayələri haqqında da söyləyə bilərik. Ə.Cabbarlı həyatın, yaşadığı mühitin neqativ, nöqsanlı cəhətlərini, bürokratiyanın, mənəm-mənəmliyin, gözə görünən qüsurlarını da hekayələrində yeri gəldikcə əks etdirir. Burada o, satira üsuluna müraciət edir. Məsələn, "Qol" hekayəsində Mirzə Cəlil satirasından gələn bir təsiri hiss edirsən. Adi bir göndərişə qol çəkmək üstündə dava-dalaş gedir, kim birinci, kim ikinci, kim axırıncı qol çəkmədir - az qala bu məsələ "beynəlxalq müstəviyə" çıxarıla. Nəhayət, "Qızıl" hekayəsi haqqında. Bu hekayədə bir itin erməni zabitini necə parçalayıb öldürməsi yaddan çıxmır. Əlbəttə, burada təəssüfləndirici məqamlar çoxdur. Niyə belə oldu? - suallar bir-birini əvəz edir. İlk nəsr kitabı heç də pis təəssürat oyatmır. Əksinə, hiss edirsən ki, şair Ələmdar Cabbarlı şeirdə deyə bilmədiklərini nəsr əsərlərində deyə bilər. Amma Ələmdar Cabbarlı həyatı, insanlararası münasibətləri daha dərindən öyrənməli, reallıqlara can atmalıdır. 


Ələmdar Cabbarlı ilk nəsr kitabıyla maraqlı bir nasir olacağına ümid yaradır və bu yolda ona uğurlar arzulayaq!..

"Ədalət" qəzeti Vaqif Yusifli, filologiya elmləri doktoru

#Şairlər #Yazarlar

18 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

DSC_6292.JPG

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılmalıdır.

Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib.

Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub.

Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.

Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.

 

İşğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısını təqdim edir:
 

27 sentyabr
 

  • Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri

  • Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri

  • Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər
     

 3 oktyabr
 

  • Tərtər rayonunun Suqovuşan və Talış kəndləri

  • Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri

  • Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi
     

 4 oktyabr
 

  • Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri
     

5 oktyabr
 

  • Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri
     

 9 oktyabr
 

  • Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi

  • Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri 

  • Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri

  • Tərtər rayonunun Çaylı kəndi
     

 14 oktyabr
 

  • Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri

  • Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri
     

15 oktyabr
 

  • Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri

  • Füzuli rayonunun Arış kəndi

  • Cəbrayıl rayonunun Doşulu kəndi
     

 16 oktyabr
 

  • Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri
     

 17 oktyabr
 

  • Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri
     

 18 oktyabr
 

  • Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı
     

 19 oktyabr
 

  • Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri
     

 20 oktyabr
 

  • Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri

  • Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri

  • Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri

  • Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri
     

 21 oktyabr
 

  • Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri

  • Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri

  • Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri
     

 22 oktyabr
 

  • Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi

  • Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri

  • Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri
     

23 oktyabr
 

  • Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri

  • Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri

  • Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri

  • Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri
     

 25-26 oktyabr
 

  • Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri

  • Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri

  • Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.
     

28 oktyabr
 

  • Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri

  • Füzuli rayonunun Mandılı kəndi

  • Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri

  • Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.
     

30 oktyabr
 

  • Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri

  • Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri

  • Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.
     

2 noyabr
 

  • Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri

  • Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri

  • Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.
     

4 noyabr
 

  • Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri

  • Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri

  • Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.


7 noyabr

 

• Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri

• Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri

• Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri

• Zəngilan rayonunun Beşdəli kəndi

• Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri

• Xocalının Qarabulaq, Moşxmaat kəndləri
 

8 noyabr  
 

  • ŞUŞA şəhəri


9 noyabr
 

  • Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri

  • Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri

  • Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx,Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri

  • Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri

  • Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri

  • Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi

  • Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri

 
10 noyabr
 

  • Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.

  • Bəyanata əsasən 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın rayonu Azərbaycana qaytarılacaq.
     

20 noyabr
 

  • Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi azad olunub.Xatırladaq ki, Ağdam işğal edilmiş rayonlarımızın arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonda 138 yaşayış məntəqəsi var.
     

25 noyabr
 

  • Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu da Azərbaycana təhvil verilib.

     

    Qeyd edək ki, Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından biridir.

    2020-ci il yanvarın 1-nə olan məlumata görə, əhalisi 77 min nəfərdən çoxdur. İşğaldan əvvəl rayonda 147 yaşayış məntəqəsi olub.
     

1 dekabr
 

  • Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı birləşmələri Laçın rayonundan

     

    çıxıblar. Rayon Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib.

    Qeyd edək ki, ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunda bir şəhər, bir

    qəsəbə və 125 kənd olmaqla, ümumlikdə 127 yaşayış məntəqəsi var. 

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev