GÖYÜŞOV NƏSİB CÜMŞÜD OĞLU


Göyüşov Nəsib Cümşüd oğlu, 5 sentyabr 1947-ci ildə Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olmuşdur. Öncə kənddəki 8 illik məktəbini bitirmiş, sonra təhsilini Kəlbəcər şəhər orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra o, BDU-nin şərqşünaslıq fakültəsinin fars dili bölməsinə daxil olmuşdur. 1970-ci ildə universiteti fərqlənmə diplomu ilə qurtarmışdır. 1970-ci ilin sentyabır ayından Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1980-ci ilə kimi orada işləmiş, 1980-ci ildən 1987-ci ilə kimi həmin institutun elmi katibi vəzifəsində işləmişdir. 1987-1992-ci illərdə N.C.Göyüşov Əlyazmalar İnstitutunda “Yazılı abidələrin elmi təsviri və kataloqlaşdırılması” bölməsinə rəhbərlik etmiş, 1993-cü ildən indiyədək, yəni 1999 ilin iyun ayınadək fars dilli əlyazmalar şöbəsində böyük elmi işçi vəzifəsində işləyir.

Həmin vəzifədə işləyə-işləyə N.C.Göyüşov 1981-ci ildə Tibilisi Dövlət Universitetində iki ixtisas üzrə (türkdilliləri və irandilliləri) “Azərbaycan və fars dillərində ekvivalentsintaktik vahidlər” mövzusunda dissertasya müdafiə etmiş, filologiya elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.


N.C.Göyüşov ixtisası ilə əlaqədar olaraq 1974-1976 və 1984-1987-ci illərdə İranda rəsmi tərcüməçi işləmişdir. O, daha çox yazılı abidələr üzərində araşdırmalar aparmış və bu sahədə yetkin bir mütəxəssis kimi tanınmışdır.


N.C.Göyüşov üç cilddə “farsdilli əlyazmalar kataloqunun” əsas tərtibçilərindən biridir və həmin kataloqun I cildi onun elmi redaktəsi ilə 1994-cü ildə rus dilində çap olunmuşdur. II və III cildləri isə çapa təqdim olunmuşdur. O, Gənclik nəşriyyatı tərəfindən 1993-cü ildə Azərbaycanda ilk dəfə olaraq çap etdiyi Məhəmməd Füzulinin “Həqiqətussuadə” əsərinin tərtibçilərindən biridir.


N.C.Göyüşov “Azərbaycanda sufizm” mövzusunda ilkin qaynaqlar əsasında ardıcıl və ciddi araşdırma aparan yeganə mütəxəssisdir. Onun ötən il çap olunan “Füzulinin sənət və mərifət dünyası” adlı fundamental monoqrafiyası Azərbaycan elmində olduqca maraqlı və ciddi bir elmi axtarışın nəticəsidir.


1.Kəlbəcər rayonu qədim Qafqaz Albaniyasının ərazisinə daxil olmuşdur. Burada bir çox kəndlərdə alban kilsələrinin qalığı olduğuna görə, Kilsəli, Kilsə, Sınıqkilsə və s. adlı kəndlər vardır. O, hal-hazırda Azərbaycanın mədəni-ictimai və ədəbi estetik prosesində önəmli yer tutan ilkin düşüncə tarixi milli mənəvi qaynaqlar, türk dünyası ilə islam mədəniyyəti arasındakı qarşılıqlı əlaqələr üzərində ciddi araşdırmalar aparır.


N.C.Göyüşov məhsuldar elmi işçi olmaqla, 7 kitab və 120-dən çox elmi məqalənin müəllifidir. Onun “Füzulinin sənət və mərifət dünyası” adlı iri həcmli monoqrafiyası İranda ana dilimizdə Beynəlxalq “Suruş” nəşriyyatı tərəfindən çap edilmişdir. Onun 5 kitabını da oxuculara təqdim edirik:


-Xalq təbabətinin izi ilə. Bakı, Azərnəşr, 1986, 107 səh.

-Xalq təbabəti xəzinəsindən. (ön söz, tərcümə, tərtib izah və şərhlər), Azərb.Ensklopediyası Baş redaktəsi, Bakı, Azərnəşr, 1992, 224 səh.

-Axund Hacı Mirzə Əbu Turab Axundzadə İslamin təfriqə səbəbləri. (Nəsib Göyüşov və Məmmədəli Babaşov), Bakı, Azərnəşr, 1993, 103 səh.

-Məhəmməd Füzuli Həqiqətussuadə.Tərtibçilər Azərb.EA müxbir üzvü, f.e.d. Əlyar Səfərli, f.e.h. Möhsün Nağı soylu və Nəsib Göyüşov. Bakı, Gənclik, 1993.

-Kataloq persidskon rukolisen (Nauçnoe opisanie) I tom İzdatelstvo “Örnək” podredak. H.Dj.Qeişova. Baky, 1994, 318 səh.


N.C.Göyüşov bir neçə dəfə Moskva və Leninqradda keçirilmiş şərqşünasların Ümumittifaq Elmi Konfranslarında, 1996-cı ildə Tehranda İranşünas filoloqların Birinci Beynəlxalq konfransında məruzə ilə çıxış etmişdir.


N.C.Göyüşov hal-hazırda AEA Əlyazmalar İnstitutunda çalışır. Füzulinin sənət və mərifət dünyası adlı doktorluq dissertasiyasını müdafiəyə təqdim etmişdir.


Nəsib müəllimin atası Cəfərov Cümşüd Göyüş oğlu Kəlbəcərin işğalına qədər təqaüdçü idi. İndi isə qaçqın kimi Şamaxı rayonunun Çuxuryurd kəndində məskunlaşmışdır. Anası Həlimə xanım da atasının yanında hələlik Vətənə qayıtmaq həsrəti ilə gözləri yoldadır.


N.C.Göyüşov evlidir.Üç övladı var.

0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev