Göygöl rayonunda Aşıq Şəmşirin 125 illik yübley tədbiri keçirilmişdir.


07.06.2018 ci il tarixdə Göygöl rayon Mədəniyyət Mərkəzində Azərbaycan aşıq sənətinin ustad isimlərindən Əməkdar İncəsənət xadimi Aşıq Şəmşir Qocayevin 125 illik yubiley tədbiri keçirilmişdir.


Azərbaycan Respublikası Prezidentinin 02 aprel 2018-ci il tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə keçirilən yubiley, Şəmkir Regional Mədəniyyət İdarəsi və Göygöl rayon İcra Hakimiyyəti aparatı tərəfindən təşkil edilmişdir. 




Yubileydə aparıcılar tərəfindən Aşıq Şəmşir haqqında ətraflı məlumat verilmiş, saz-söz ustadının aşıq sənəti, ədəbiyyat və incəsənətə göstərdiyi xidmətlərdən söz açılmışdır. Tədbirdə regional idarənin Şəmkir rayonu üzrə nümayəndəliyidən Aşıq Vüqar Qurbanov, Göygöl rayonundan Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbi, Əməkdar Mədəniyyət işçisi Aşıq Fətullah, Aşıq Ələddin, Aşıq Zülfüqar, AşıqElbrus, Gədəbəy rayonundan Gədəbəy Aşıq Musiqi Məktəbinin müəllim və şagirdlərindən ibarət "Folklor" ansamblı və instrumental heyəti, Əməkdar mədəniyyət işçisi Aşıq İmamverdi Mustafayev, gənc aşıqlar qrupu, Daşkəsən rayonundan Əməkdar Mədəniyyət işçisi Aşıq Əhliman , Aşıq Əfqan, Bakıdan Əməkdar mədəniyyət işçisi, balaban ifaçısı Sərdar Məmmədli iştirak etmişlər. 




20-yədək müxtəlif aşıq havaları üstündə yalnız ustad sənətkarın şeirləri, həmçinin onun böyük saz-söz ustası Səməd Vurğunla deyişməsi oxunmuş, yubileydə Respublikanın Əməkdar Artisti Mehriban Zəki də Dədə sənətkarın şeirlərini ifa etmişdir 



Maraqlı çıxışlar və ifalarla yadda qalan yubliey tədbirində Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev, idarənin əməkdaşları, "Aşıq Şəmşir" mədəniyyət Ocağından və Göygöl rayon ictimaiyyətindən olan nümayəndələr iştirak etmişlər. 


Tədbirin sonunda Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov yubiley münasibətilə tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir. 

#DədəŞəmşir125

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev