Güllər MƏMMƏDQIZI

Sadıqova Güllər Məmməd qızı 1930-cu ildə Kəlbəcər rayonunun Otaqlı kəndində anadan olub. Bir müddət kənd kitabxanıasının müdiri olmuş və o vaxtdan da bədii ədəbiyyata böyük maraq göstərmişdir. Gənclik illərindən şer yazsa da, ömrünün ağbirçək çağlarında, daha doğrusu, Kəlbəcərin işğalından sonra bunu büruzə vermişdir. 2001-ci ildə “Qəriblər ağısın oxyuan durna” adlı şerlər kitabı çapdan buraxılıb. 2005-ci il mayın 3-də vəfat etmişdir.