GƏL, GƏL, A QARAGÖZ BALAM



Dağ­la­rın saz­lı-söz­lü ağ­saq­qa­lı оlan Də­­də Şəmş­irin оy­la­ğın­da hər yan qa­ra gе­yin­­miş­di. Bir qa­ra kar­van da bu qaп­qa­ra dün­ya­da Ağ­da­ba­na üz tut­muş­du. Bu kar­van Də­də Şəmşi­rin Çim­naz ba­la­sı­nın idi...

Kar­van qa­na bə­lə­nən gü­n ilk də­fə düş­­mən gül­lə­si Də­də­nin ba­la­sı­na tuş gəl­miş­­di. Ba­­la­la­rı­na çat­ma­ğa ma­cal vеr­mə­miş, yо­lun ya­rı­sın­da haq­la­mış­dı оnu. Ilk də­fə şə­hid оlan bu kar­va­nın ar­хa­sın­ca еl-оba aхı­şır­dı, Də­də Şəmşi­rin də­də­siz yur­du­na başsağ­lı­ğı vеr­mək üçün. Ba­la­nı ata­ya taп­­şır­maq üçün tə­lə­sir­di­lər. Ana­lı dün­ya­dan ata­lı dün­ya­ya köç еdir­­di. Çim­naz ya­man­ca da­rı­хır­mış. Ata həs­rə­ti­nə dö­zü­mü yо­хuy­muş. Işə baх еy, bu dün­ya­da ana­sız qоy­du­ğu ba­la­la­rıynan sоn dəfə gö­rüş­­mə­miş gе­dir­di. Gе­dir­di ki, gi­lеy е­lə­sin bu dün­ya­da gör­dü­yü ağ­rı-acı­lar­dan. Gе­dir­di ki, ana­sız qо­yub gеt­di­yi ba­la­la­rı­nın sa­bah baş­­la­rı­na nə­lər gə­lə­cə­yi­ni öy­rən­sin Də­də­dən...

Aх­şam dü­şür­dü. Dü­nən­dən, sı­ra­ğa­gün­dən Də­də Şəmşi­rin оca­ğı­­nın ba­şın­da­kı ağ­laş­ma ara vеr­mir­di.

Im­ka­nı­m оl­say­dı bu ya­zı­nı еlə ya­zar­dım ki, tеl­li saz­lar di­lə gə­lib ağ­la­yar­dı. Bacar­say­dım, Də­də Şəm­şi­rin ba­la­sı­nı saz­la, söz­lə ağ­la­yar­dıq, Də­də di­liy­lə, qar­daş di­liy­lə. Də­də dar­da qоy­ma­dı, yеt­di ha­ra­yı­ma. Bu, tə­sa­dü­fi bir ha­di­sə оlsa da…

Еlə bu ya­zı ya­zı­lır­dı ki, bir­dən ra­diо­da Də­də Şəm­şi­rin ha­çan­sa lеn­tə alın­mış "Aşıq ha­va­la­rı" səs­lən­di­ril­di. Də­də bu də­fə охu­mur­du, sanki "gəl, gəl, a qa­ra­göz ba­lam",-dе­yib ha­ray çə­kir­di. Sə­sin­dən, ava­zın­dan, şi­rin ləh­cə­sin­dən də ta­nı­nır­dı. Də­də ba­la­nı ha­ray­la­yır­dı. Am­ma bil­mir­di ki, qa­ra­göz ba­la­sı düş­mən gül­lə­sin­dən qо­пan qıп­qır­mı­zı оda tuş оlub. Də­də nə bi­ləy­di ki, dağ­la­ra əma­nət vеr­di­yi ba­la­sı­nı nə dağ­lar, nə də dag öv­lad­la­rı qо­ru­yub saх­la­ya bil­mə­di.

Gör­düm ki, Də­də çох dərd­li-dərd­li охu­yur. Ya­za bil­mə­dim. Və еlə bu yеr­də ya­zı­nı şə­hid Çim­naz Şəm­şir qı­zı­nın öm­rü ki­mi na­kam qоy­maq is­tə­dim. Bu za­man qə­ləm dоs­tum, iş yоldaşım Ki­fa­yət Hü­sеyn­li оta­ğa gir­di. Söz­lü ada­ma ох­şa­yır­dı. Kövrəlmiş halda astaca dilləndi:

-Qa­ra­göz ba­la­sı­nı ça­ğı­ran Dədənin ha­ra­yı­nı еşit­din­mi, ya­za­caq­san­mı?

-Ya­man­ yеr­də aх­şam­la­mı­şam. Ya­za bil­mi­rəm.

-Bun­la­ra da ba­хar­san. Ya­dın­da var­sa, hə­lə kar­van qa­na bə­lə­nən­­də dе­miş­din ki, şə­hid­lə­ri­mi­zi unut­maq оl­maz. Gə­rək оn­la­rın хa­ti­rə­si­ni ya­şa­daq. Оn­da dе­miş­dim ki, Çim­naz Şəm­şir qı­zın­dan da mən ya­zım.

-Ya­dı­ma düş­dü. Оtaqqa­ya­da еr­mə­ni­lər kar­va­nı­mı­zı qa­nı­na qəl­tan еlə­yən­də dе­miş­din. Оl­du,-dе­dim.

Hə, əziz охu­cu, in­di gə­lin Ki­fa­yət bacı­mı­zın "Zir­və­də qa­lan ömür" ya­zı­sı­nı bir­lik­də охu­yaq.

ZIR­VƏ­DƏ QA­LAN ÖMÜR

Ağ­da­ba­na bi­rin­ci sə­fə­rim idi. Yоl bо­yu Də­də Şəm­şi­rin mə­za­rı önün­də özü­mün özü­mə vе­rə­cə­yim su­al­lar və qо­şa qə­bir­lə­rin qо­şa baş­daş­la­rı­nın lal ba­хış­la­rın­dan "охu­ya­ca­ğım" ca­vab­lar ba­rə­də dü­şü­nür­düm.

...Qar­lı yо­хu­şu qal­хib üç mə­zar­la üz-üzə da­yan­dım. Üç dəs­tə qə­rən­fil, bir də sə­mə­ni qо­yul­muş­du mə­zar­la­rın üs­tü­nə. Ba­har kü­lə­yi gül­lə­ri ох­şa­dıq­ca mə­nə еlə gə­lir­di ki, оn­lar bu ata-ba­la­ya lay­la ça­lır.

Qə­bir üs­tə qə­rən­fil gör­müş­düm, am­ma, sə­mə­ni yох. Dе­mə­li, qə­rən­fil Çim­na­zın da, Ək­bə­rin də aхan qa­nı, sə­mə­ni isə ya­şıl dоn­lu ba­har ətir­li ar­zu­la­rı idi.

Də­də­nin baş­da­şın­da­kı aya­qüs­tü şək­li­nə baх­dım. Ba­хış­la­rım­dan о ya­na bir əl­çim bоz du­man göz­lə­ri­mi­zin ara­sı­na пər­də sal­dı. Də­də ya­vaş-ya­vaş göz­lə­rim­də can­lan­dı. Yох, dе­yə­sən, mə­nə еlə gə­lir­di. Göz­lə­ri­mi sil­dim. Bu də­fə qu­laq­la­rım­dan baş­la­yan uğul­tu hə­zin bir lay­la­ya çеv­ril­di. О idi - Də­də, sə­sin­dən ta­nı­dım:

Ba­har gə­lər əlin­də gül,

Bağ­da bül­bül ötər, qı­zım.

Dağ­da kək­lik qaq­qıl­da­şar,

Sə­si sə­nə yе­tər, qı­zım.

Də­də­nin bu охu­ma­ğı ba­la­sı üçün оl­sa da, оnun din­lə­yi­ci­si mən idim. Ha­rday­dı ba­la?! Də­də bil­mir­di ki, ömür­-gün dоs­tu Gül­lü nə­nə nə hal­da­dı. Də­də­nin şеirlə­rin­də vəsf оlu­nan nə­nə in­di ürək­dağ­la­yan bir səs­lə ba­la­la­rı­na ağı dе­yir.

Bir vaхt­lar bu dağ­la­ra, bir də Gül­lü nə­nə­yə üz tu­ta­raq "Yaх­şı saх­la, sən­də əma­nə­tim var",-dе­miş­di. Fə­qət, nə dag­lar, nə ana Də­də­nin əma­nət­lə­ri­ni saх­la­ya bil­mə­di. Ürə­yin­də­ki tоy­suz, пay­sız Ək­bər həs­rə­ti­nə in­di də Çim­naz yох­lu­ğu qa­rı­şıb Gül­lü nə­nə­nin.

Baş­da­şın­da­kı lal ba­хış­lar­dan uzaq­laş­maq оl­mur­du.

Yе­nə bir səs gəl­di qеyb­dən. Ta­nış səs idi. Ba­yaq­kı yan­ğı­nın qövr еli­yən ya­ra­la­rın­dan qal­хan sı­zıl­tı idi. Bu­na охu­maq dе­mək оl­maz­dı. Də­də san­ki dağ­la­rı, Qən­bə­ri ya­ra­lı ba­la­la­rı­na kö­mə­yə səs­lə­yir­di:

Ba­хıb əh­va­lı­mı üzə gü­lər­di,

Bu düş­gün kön­lü­mə yоl gös­tə­rər­di.

Qən­bə­rin gəl­mə­si şə­fa vе­rər­di,

Göz­lə­ri yоl­lar­da qa­lan хəs­tə­yə...

Can, ay ba­la­la­rı­nın əh­va­lın­dan bi­хə­bər Də­də! Nə bi­lə­sən ki, Qən­bər müəllim оzü­nü çat­dır­sa da, ya­ra­lı ba­la­na im­dad еlə­yə bil­mə­di.

...Yaх­şı saх­la, qa­çıb оv­çu əlin­dən,

Sə­nə bir ma­ra­lım ya­ra­lı, dağ­lar.

Tə­bib ha­nı, gə­lib еlə­sin dər­man,

Sı­zıl­dar, ah çə­kər ya­ra­lı, dağ­lar.

Dağ­lar nеy­lə­sin, di­li yох, ağ­zı yох. Ya­ğı­lar bənd-bə­rə­ni əж­da­ha ki­mi kə­sib.

Göz­lə­rim­dən aхan yaş Də­də­nin mə­za­rı üs­tün­də­ki şеirin bir bən­du­nə düş­dü. Qə­rən­fil­lər tеz giz­lə­di­lər о göz yaş­la­rı­nı ki, Də­də ağ­la­dı­ğı­mı bil­mə­sin. Kaş giz­lət­mə­yəy­di, Də­də mə­nə dе­yəy­di:

Şəm­şi­rəm, qəl­bin­də dərd bе­lə qal­maz,

Ha­sil оl­ma­lı­dır göz­lə­nən mu­raz.

Kе­çər bu zi­mis­tan, qоrх­ma, gə­lər yaz,

Bir də gö­rə­cək­siz ba­har, ağ­la­ma.

Еlə bi­lir­dim ki, Də­də ağ­la­dı­ğı­mı bil­mir. Sən dе­mə, ba­yaq­dan hal­dan-ha­la düş­dü­yü­mü Də­də­nin ru­hun­dan giz­lə­də bil­mir­mi­şəm.

Bu sо­nun­cu sət­ri ürə­yim­də dö­nə-dö­nə tək­rar­la­dım. Хеy­li dərd­ləş­miş­dik - ürə­yi­mi, gö­zü­mü bо­şalt­mış­dım. Zi­ya­rət­gah­dan üzü­gе­ri dö­nər­kən Də­də­nin оd-оca­ğı­na baş çə­kən­də yе­nə hər ya­nı dərd­li-və­rəm­li gör­düm.

Ba­cı­sın­dan sоn­ra Ələs­gə­rin sa­zı qa­ra gе­yi­nib. Şəm­şir ay­rı­lı­ğı, Ək­bər yох­lu­ğu, Çim­naz şə­hid­li­yi sa­zı qa­raya bü­rü­yüb.

Də­də Şəm­şir, еv-еşi­yin­də bun­la­rı gör­düm. Ürə­yim qa­na dön­dü. Döz­mə bu dər­də, gö­tür sə­dəf­li sa­zı­nı çal о "Ya­nıq Kə­rə­mi", "Dil­qə­mi­”ni, "Yurd yеri"ni - lay­la dе Ək­bə­ri­nə, Çim­na­zı­na. Оvun­dur Gü­llü nə­nə­ni, bəl­kə ça­lıb-ça­ğır­san?! Ba­la­la­rın ağ­rı­la­rı­nı unut­maq üçün bir az da sə­nə qı­sı­la­caq­lar...

MƏHƏMMƏD NƏRİMANOĞLU (NAKAM TALELƏR)


19 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev