Gəncə şəhərində Aşıq Şəmşirin 125 illik yubileyi böyük təntənə ilə qeyd olundu-FOTOLAR



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2018-cı il noyabr ayının 10-da Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aşıq Şəmşirin anadan olmasının 125 illik yubileyi ilə əlaqədar olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasında geniş tədbir keçirildi.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbycan Texnologiya Universitetinin professor-müəllim heyəti, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə Dövlət Regional Kollecinin, Gəncə Tibb Kollecinin, Gəncə Musiqi Kollecinin, Gəncə şəhər Təhsil idarəsinin, Gəncə Dəmiryol idarəsinin kollektivləri, veteranlar, ağsaqqallar, həmçinin Goranboy və Samux rayonlarından dəvət olunmuş qonaqlar iştirak etdilər.

Tədbir iştirakçıları Aşıq Şəmşirin Göygöl rayonunda yerləşən büstü önünə tər-gül dəstələri düzərək, hörmət və ehtiramlarını bildirdilər. Daha sonra Gəncə Dövlət Flarmoniyasın foyesində ustad aşığın əlyazmalarından, haqqında yazılmış kitablardan, xatirələrdən, özünün seçmələrindən hazırlanmış guşənin nümayişi təşkil olunaraq, Aşıq Şəmşirin yaradıcılığı ilə bağlı sağlığında və ölümündən sonra çap edilmiş kitab sərgisinə baxış keçirildi. Həmçinin buna da bax: https://www.kalbajar.com/ashiqshemshir Tədbirdə Kəlbəcər rayon Mədəniyyət evinin aşıqları və tanınmış incəsənət xadimləri çıxış edərək saz havaları üstündə Dədə Şəmşirin şeirlərini səsləndirdilər və ustadın yazdığı şeirləri ifa edərək, bir-birindən zəngin saz havaları tədbirə toplaşanlarda əsl bayram əhval-ruhiyyəsi yaratdı. Sonda Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən tədbirin təşkil olunmasında fərqlənənlərə xatirə hədiyyələri təqdim olundu.

#DədəŞəmşir125 #ŞairaşıqDədəŞəmşir

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev