Gəncə şəhərində yerləşən Kəlbəcər rayon mədəniyyət sarayında ustad sənətkar Dədə Şəmşirin yaradıcılı



Gəncə şəhərində yerləşən Kəlbəcər rayon mədəniyyət sarayında ustad sənətkar Dədə Şəmşirin yaradıcılığına həsr olunmuş anım tadbiri keçirilib. Tədbirdə Azərbaycan Dövlət Televiziyası tərəfindən çəkilmiş Dədə Şəmşir filimi nümayiş olunub. Kəlbəcər rayon ıcra hakimiyyətinin başçısı Aqil Məmmədov Dədə Şəmşirin yaradıcılığından və dövlətin onun sənətinə verdiyi qiymətdən danışdı. Qeyd etdi ki, Ulu öndər Heydər Əliyev tərəfindən Aşıq Şəmşirin sənətinə yüksək qiymət verilib. Məhz onun sərəncamı ila Aşıq Şəəmşirin 110 illiyi dövlət səviyyəsində qeyd edilib. Göygöl rayonunda büstü uçaldılıb, adına küçə verilib. Həmçinin Göygöl rayon 7 illik müsiqi məktəbi onun adına verilib. Əməkdar incəsənət xadimi və şərəf ordeni kimi fəxri adlara layiq görülən Aşıq Şəmşirin 100 ildən çox yaşayan klassik yaradıcılığına nəzərə salınıb. Məqsədi milli mədəniyyətimizi və mədəni incilərimizi yaşatmaq, Aşıq Şəmşir yaradıcılığının öyrənilməsinə, onun irsinin qorunmasına kömək etməkdir.


Azərbaycan mədəniyyətinə və ədəbiyyatına böyük töhfələr verən Ağdabanlı şair Dədə Şəmşirin həyat və yaradıcılığının 124-cü ildönümü qeyd olunub. Klassik aşıq şeirinin ustadından olan və aşıq sənətinin memarlarından hesab olunan aşığın Kəlbəcərdə Azərbaycanın tanınmış şairi və yazıçıları ilə görüşlərinə nəzər salınıb. Qeyd olunub ki, xalq şairi Səməd Vurğunun kəşfi sayılan Aşıq Şəmşirin yüzlərlə el bayatılarını, şeir və və dastanları yaşadaraq gənc nəslə ötürülməsində böyük əməyi olub. Çıxışlarda 1993-cü ildə erməni işğalı nəticəsində aşığın Ağdaban kəndindəki evində əlyazmalarının və külliyatının yandırılaraq məhv edilməsinə baxmayaraq Dədə Şəmşirin az miqdarda qorunan qoşmaları, gəraylı və müxəmməsləri, təcnisləri, müxtəlif bağlamaları bu gün də yaşamaqda davam edir.


Həqiqət Şükürova- “Aşıq Şəmşir” Mədəniyyət Ocağı"-nın layihə rəhbəri: “Aşıq Şəmşir Mədəniyyət Ocağı" İB-i yarandığı gündən mədəniyyətimizin təbliği istiqamətində 700-dən çox layihə həyata keçirib. Aşığın bu günə kimi qorunan əlyazmaları və öz səsi ilə ifa etdiyi 75 aşıq havası disk halına salınaraq hazırlanıb. Yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaqdır”.


Ağdabanlı şairin 2010-cu ildən adına təsis olunan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Azərbaycanın incəsənət istiqamətində fəaliyyətinə görə, UNESCO-da akkreditasiyasına dair qərar qəbul olunub və İctimai Birliyə qurumda məsləhətçi status verilib. Aşığın anım tədbirində İctimai Birliyin fəaliyyətində yaxından iştirak edən, aşığın yaradıcılığına töhfəsini verən bir qrup şəxsə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı tərəfindən fəxri diplomlar təqdim olunub. Anım tədbirində Dədə Şəmşirin həyat və yaradıcılığına həsr olunan film də ictimaiyyətə nümayiş etdirilib.




BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev