Gəncədə şəhid Kapitan İnqilab Quliyevin xatirəsi anıldı


2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlər zamanı həyatını itirən Kapitan İnqilab Quliyevin xatirəsi anılıb.

Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Səhər saatlarında Şəhidlər Xiyabanına gələn Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri şəhid Kapitan İnqilab Quliyevin məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər. Şəhidin ruhuna dualar oxunub. Burada Kapitan İnqilab Quliyevin doğmaları ilə görüşən Niyazi Bayramov onlara başsağlığı verib. Şəhidin atası Çingiz Quliyevlə söhbət edən şəhər rəhbəri, ailə üzvlərinin problemləri ilə maraqlanıb. Söhbət zamanı dilə gətirilən bir sıra məsələlərin araşdırılaraq, dərhal aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.



Xatırladaq ki, İnqilab Quliyev 1983-cü ilin 13 aprelində anadan olub. 2016-cı il aprelin 4-də Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-də Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Kapitan İnqilab Quliyev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. İki oğlu yadigar qalıb

25 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev