Gəncliyimiz,gələcəyimizdir - Aytac ABBASOVA


"Gəncliyimiz,gələcəyimizdir" adlı bölməmizin bu yazısını ömrünü Azərbaycan və eləcədə rayonumuzun folkloruna həsr etmiş kəlbəcərlimizə Abbasova Aytac Hicran qızına həsr edirik.


Aytac Abbasova 01.01.1988-ci il tarixində Kəlbəcər rayonunun Nəcəfalı kəndində anadan olub. 2005-2009-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin əyani şöbəsində təhsil alıb, fərqlənmə ilə bitirib. 2009-2011-ci illərdə Bakı Slavyan Universitetinin “Folklorşünaslıq və Mifologiya” fakültəsinin əyani magistraturasında təhsil alıb, fərqlənmə ilə bitirib. 2011-2015-ci illərdə AMEA Folklor İnstitutunun doktoranturasında təhsil alıb. Azərbaycan folklorunun regional xüsusiyyətləri (Kəlbəcər nümunələr əsasında) adlı dissertasiyanı 28.09.2016-cı il tarixində müdafiə edib. AR-nın Prezidenti yanında AAK-ın 26.07.2017-ci il tarixində filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Bir kitabı və 40-a yaxın elmi məqaləsi var, 15 ədəd beynəlxalq və yerli konfranslarda çıxış edib. İxtisaslaşdığı elmi sahə folklor və yazılı ədəbiyyatın qarşılıqlı əlaqəsidir. 

Əmək fəaliyyəti haqqında 

2009-2012-ci illərdə Kəlbəcər rayon 20 saylı tam orta məktəbində və 2012-2015-ci illərdə Laçın rayon Qozlu kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 2015-ci ildən AMEA Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat" şöbəsində elmi işçi, 2016-ci ilin dekabr ayından böyük elmi işçi vəzifəsində işləyir.

Ailəlidir, bir övladı var. 

Qeyd edək ki,Kəlbəcər saytımızın "folklor" bölməsi Aytac xanımın yazıları ilə işıqlandırılacaqdır.


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev