Gəncliyimiz,gələcəyimizdir-Sənan HACIYEV


Hacıyev Sənan Xasay oğlu 29 iyun 1979-cu ildə Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan  olmuşdur. 


1996-2000-ci illər Bakı Asiya Universitetinin Xarici dil və Ədəbiyyatı fakültəsinin, Ərəb dili və Ədəbiyyatı bölməsində Bakalavr təhsili alaraq Tərcüməçi-Filoloq ixtisasına yiyələnmişdir. 2006-2008-ci illər ərzində Qafqaz Universitetinin Xarici dil və Ədəbiyyatı fakültəsinin, Ərəb dili və Ədəbiyyatı bölməsində Magistr pilləsi üzrə təhsilini davam etdirmişdir. 01 noyabr 2001-ci il tarixdən 31 yanvar 2008-ci il tarixədək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamentində Baş Məsləhətçi vəzifəsində işləmişdir. Həmin müddət ərzində qeyd olunan Departament Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir. 01 fevral 2008-ci ildən 20 aprel 2013-cü ilədək Dövlət Miqrasiya Xidmətinin Qaçqın Satusunun Müəyyənləşdirilməsi İdarəsində Baş Məsləhətçi və İnspektor vəsifələrində işləmiş, dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsinə yiyələnmişdir. 01 may 2013-cü ildən 31 avqust 2017-ci ilədək Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Hüquq şöbəsində Qaçqın Statusunun Müəyyənləşdirilməsi üzrə Milli Müşavir vəzifəsində işləmişdir.


20 fevral 2018-ci il tarixdən Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlərin Koordinasiyası İdarəsinin Türkiyənin Qaziantep şəhərində yerləşən regional ofisində Müşahidəçi vəsifəsinə təyinat almış, hal-hazırda həmin ofisdə fəaliyyətini uğurla davam etdirir. Ərəb, İngilis, Rus, Türk və Fars dillərini bilir. Əmək fəaliyyəti dövründə qaçqın statusunun müəyyənləşdirilməsi, insan hüquqları və humanitar hüquq sahələri üzrə müxtəlif spesifik təlimlərdə iştirak edərək, Azərbaycan Respublikasında qaçqın statusunun müəyyənləşdirilməsi sahəsi üzrə azsaylı ekspertlərdən biri kimi ixtisaslaşmışdır. Əmək fəaliyyəti ilə əlaqədar olaraq, inkişaf etmiş bütün avropa ölkələrinin sığınacaq qurumları ilə sıx təcrübə mübadiləsi aparmış, Azərbaycan Respublikasının milli sığınacaq sisteminin avropa standartlarına uyğunlaşdırılması üçün, yerli sığınacaq qurumlarına ekspert dəstəyi göstərmişdir. Hal-hazırda Humanitar İşlərin Koordinasiya üzrə öz bilik və bacarıqlarını təkmilləşdirməkdə davam edir.


Sitat S. Hacıyev: “Humanitar İşlərin Koordinasiyası - ehtiyacı olan

insanlara kömək etmək üçün şəraitin yaranmasını gözləmək yox, həmin şəraiti

yaratmaqdır”.

Ailəlidir,iki övladı var.


#Gənclər #Gəncziyalılar

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev