GİROVUN OĞLU ƏMİNLİK İFADƏ ETDİ: ''...ATAM AZAD OLUNACAQ !''


"Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində atam Dilqəm Əsgərov erməni girovluğundan azad olunacaq”.


Kalbajar.com xəbər verir ki, bunu "Sherg.az”a Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

O qeyd edib ki, ötənlərdə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada baş tutan görüşdə atam Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması məsələsi müzakirə olunub:


" Eyni zamanda Avropa Məhkəsi Ermənistana məlum məsələ ilə bağlı mart ayına qədər müddət vermişdir. Amma həmin müddət başa çatıb. İnanıram ki, Avropa Məhkəməsi bu işə baxacaq və ədalətli qərar qəbul edəcək. Ən əsası əminəm ki, Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində gec-tez atam Dilqəm Əsgərov erməni girovluğundan azad ediləcək”.


K.Əsgərov onu da söyləyib ki, Beynəlxalq Qızıl Xaç Kommitəsi (BQXK) mart ayında atası gilin olduğu yerə baş çəkib:


"Təəssüf ki, atamdan məktub, video -görüntü və ya şəkil gətirmədilər. Sadəcə atamın yaxşı olduğun bildirdilər. Və məktub yazmaq istəmədiyini söylədilər. Yəni bir il altı aydır ki, atamla birbaşa əlaqə qura bilmirik. Cənab prezident İlham Əliyevlə N.Paşinyanın görüşündə Ermənistanın baş naziri bildirib ki, " girov ailələri istədikləri vaxt gəlib yaxınlarını görə bilərlər". 


Amma buradan N.Paşinyana belə bir sual verirəm ki, bir il altı aydır ki, atamdan hər hansısa bir məlumat göndərilməsinə imkan vermədiniz. Bütün bunlara rəğmən necə inanım ki, bu fikirlərin həqiqətə uyğundur? Yoxsa bu növbəti erməni hiyləsidir? Hazırda Azərbaycan dövləti ilə birlikdə Əsir və İtgin Düşmüş, Girov Götürülmüş Vətandaşlarla əlaqədar Dövlət Komitəsi, Xarici İşlər nazirliyi və gənc hüquq müdafiəçiləri atam və Şahbaz Əsgərovun azad edilməsi üçün çalışırlar. Dövlətimə inamım sonsuzdur. Cənab Prezidentin uğurlu və prinsipial siyasəti nəticəsində atam erməni girovluğundan azad ediləcək”.


Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev