Girovların dəyişdirilməsi tərəflər arasında etimad mühiti yarada bilər” – Əhməd Şahidov ATƏT-in Varş


13:30 | 13.09.2018


Sentyabrın 10-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammiti öz işinə başlayıb. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.


Sentyabrın 13-də “Qanunun aliliyi: qanunsuz həbs və işgənclərə qarşı mübarizə, antiterror fəaliyyəti”mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd ŞahidovAzərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, münaqişə dövründə əsir və girov götürülmüş vətəndaşlarla bağlı statistik məlumatları bölüşüb və hazırda yüzlərlə azərbaycanlının qanunsuz olaraq, Ermənistanda və işğal olunmuş Dağlıq Qarabağ ərazisində girov saxlanıldığını, onların bəziləri barədə heç bir məlumatın olmadığını bildirib: “Bugün 3875 nəfər azərbaycanlı Ermənistan tərəfində girov saxlanılır. Onlardan 3168 nəfəri hərbçi, 707 nəfəri isə mülki şəxslərdir. Bu şəxslər 1991-1994-cü illərdə girov götürülmüş şəxslərdir. Həmin şəxslər qeyri-qanuni istismara və işgəncələrə məruz qalır, insan alverinin qurbanına çevrilirlər. Zaman-zaman bizə bu haqda dəqiqləşdirilməmiş məlumatlar daxil olmaqdadır. Rəsmi Yerevan isə bu məlumatları bugün də təkzib edir və müstəqil müşahidəçilərin azərbaycanlı girovlarla görüşməsinə icazə vermir.” 


Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması məsələsinə toxunan hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistanın beynəlxalq qanunlara əməl etmədiyini və BMT-nin Cenevrə Konvensiyasının tələblərini kobud surətdə pozduğunu bildirib. Ermənistanın bu siyasətə son qoymasını tələb edən ADİHİ rəhbəri azərbaycanlı mülki girovların erməni hərbi diversantlarla dəyişdirilməsinin tərəflər arasında etimad mühiti yarada biləcəyini də xüsusi vurğulayıb: “Azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq 5 ildir ki, qeyri-qanuni olaraq həbsdədirlər, Ermənistan tərəfi onları faktiki olaraq, girov saxlayır. Bu müddət ərzində biz dəfələrlə beynəlxalq platformalarda bu barədə məsələ qaldırmışıq, Ermənistan tərəfinə müraciətlər etmişik. Əfsuslar olsun ki, Ermənistan hökuməti beynəlxalq qanunvericiliyin tələblərinə məhəl qoymur. Bugün Azərbaycanda 2 erməni hərbi diversant həbsdədir. Arsen Baqdasaryan və Karen Kazaryan müxtəlif vaxtlarda təmas xəttini keçərək, Azərbaycan tərəfində müxtəlif xarakterli təxribatlar törətməyə cəhd göstəriblər və Azərbaycan əsgərləri tərəfindən saxlanılıblar. Düşünürəm ki, Ermənistanın yeni hökuməti məsələyə daha praqmadik yanaşacaq və girovların dəyişdirilməsinə müsbət cavab verəcək. Çünki, bu, ilk növbədə münaqişə tərəfləri arasında etimad mühitinin yaranmasına gətirib çıxara bilər”. PS. ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.

#DilqəmƏsgərov #ŞahbazQuliyev #Əsirlər

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev