HÜSEYNOV ƏFQAN İSGƏNDƏR OĞLU


Hüseynov Əfqan İsgəndər oğlu, 1965-ci ildə 1 aprel Kəlbəcər rayonunun qərb qurtaracağında, Zivel kəndində kəndli ailəsində anadan olmuşdur.

....Zivel kəndi dəniz səviyyəsindən 2500 m yüksəklikdə Keyti dağlarının cənub tərəfində, Qarabağ vulkanik yaylasında Tərtər çayın sol səmtində yerləşir. Demək olar ki, təbiət meşədən başqa bütün gözəlliklərin və sərvətlərini bu yurda bola-bol vermişdir. Dünya şöhrətli İstisu kurortundan 3 km məsafədə olan Zivel kəndi rayon mərkəzindən 25 km uzaqdır. 1972-ci ildə Zivel kəndində 8 illik orta məktəbə daxil olan Ə.İ.Hüseynov 9-10-cu sinifləri davam etdirmək üçün Bakıya gəlib 5 nömrəli Kimya-biologiya təmayüllü internat məktəbinə daxil olmuşdu. Orta məktəbi quratarandan sonra, yəni 1983-cü ildə onu hərbi xidmətə çağırdılar. Hərbi xidmətini keçmiş Sovetlər ölkəsinin Baykal-Amur vilayətinin müxtəlif yerlərində başa vurmuşdur. Kəlbəcərin ab-havasının yetişdirməsi sağlam bədənli, möhkəm əzələli və savadlı, intizamlı olan Əfqan Hüseynov dəfələrlə komandanlıqdan fəxri-fərmanlar, təşəkkürlər və başqa mükafatlar almışdır. Dəfələrlə onun valideyinlərinə təşəkkür məktubları göndərən hərbi hissə komandirləri, onlara yetişdirdikləri övladlarından ötəri nümunəvi hərbi davranışlarına görə təşəkkür etdiklərini yazırdılar. Belə məktubları komandiri həm də Əfqanı əsgərliyə göndərən Kəlbəcər rayon Hərbi Komisarlığına da göndərirdi. O, hərbi xidmətdə piser (yazıçı) işləmiş, yüksək xismətinə görə “Baykal-Amur magistralı” medalı ilə təltif edilmişdir. 1985-ci ildə hərbi xidmətdən tərxis olunmuş Hüseynov 1988-ci ilə qədər öz rayonunda istehsalatda sürücü işləmişdir.


Ə.İ.Hüseynov 1988-ci ildə Gəncədəki “Şərəf Nişanı” ordenli Səməd Ağamalı oğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olmuş və akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir. Buna görə də onu “göndəriş” ilə aspiranturaya qəbul etmişlər. Həm də təyinat üzrə bir il Gəncə şəhərində Aerogeodeziya idarəsində mühəndis işləmişdir.


Aspirantura illərində təyinatla AKTA-nın Aqrokimya və torpaqşünaslıq fakültəsinin “Yer quruluşu” kafedrasında assistent vəzifəsinə təyin edilmişdir. Elmə böyük həvəsi olan Əfqan akademik M.İ.Cəfərovun rəhbərliyi ilə “Torpaqların bonitrovkası və onun nəticələrindən yeni təsərrüfatçılıq formaları şəraitində istifadə” mövzusu üzərində çalışır. Eyni

zamana dissertasiya işinə dosent R.M.Quliyev cənabları da rəhbərlik etmişdir.


Ə.İ.Hüseynov dissertasiya işinin mövzusu çox aktual olub, müasir dövrün tələblərinə cavab verir. Hal-hazırkı dövrdə qərar və islahatların aparılması zamanı yeni torpaqların dövlət mülkiyyətindən çıxarılıb xüsusi mülkiyyətə verilməsi zamanı hər bir vətəndaş öz payına düşən torpağın dəyərini və keyfiyyətini bilməlidir. Dissertasiya işlərinin mövzusu bu işlərin təşkili və təsərrüfata təbliğindən ibarətdir.


Əfqan İskəndər oğlu Hüseynov akademiyada işlədiyi müddətdə Aqrokimya və torpaqşünaslıq fakültəsində dekan müavini işləmişdir. 1999-cu ildən isə fakültənin yerli həmkarlar komitəsinin sədridir.



29 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev