HÜSEYNOV MƏHƏMMƏD UMUD OĞLU


Hüseynov Məhəmməd Umud oğlu, 1946-cı ildə Kəlbəcər rayonunun Kəlbəcər qəsəbəsində anadan olmuşdur. 1953-cü ildə Kələbəcər qəsəbə orta məktəbinə daxil olmuş, 1963-cü ildə həmin məktəbi bitirmişdir.

M.U.Hüseynov 1966-cı ildə M.F.Axun-dov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa Dilləri fakültəsinə daxil olmuş, 1971-ci ildə həmin fakültənin ingilis dili şöbəsini fərqlənmə diplomu ilə başa vurmuşdur. O, təyinat ilə Kəlbəcər rayonuna göndərilmiş, 1971-72-ci illər ərzində rayonun Şurtan 8 illik kənd məktəbində ingilis dili müəllimi işləmişdir. 1972-ci ildə Sovet Ordusuna hərbi xidmətə çağırılmış və 1973-cü ildə ordudan kiçik leytinant rütbəsi ilə tərxis olunmuşdur.

M.U.Hüseynov 1973-76-cı illərdə oxuduğu instituta işə dəvət olunmuşdur. O, SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda, əvvəlcə, saat hesabı müəllim, sonra isə laborant və baş laborant vəzifələrində işləmişdir. 1976-cı ildən 1983-cü ilə kimi həmin institutun axşam fakültəsindəki xarici dillər kafedrasının müəllimi vəzifəsində işləmişdir.


M.U.Hüseynov 1983-cü ildə Moris Tores adına Moskva Dövlət Xarici Dillər İnstitutunun aspiranturasına imtahan verərək əyani şöbəsinə daxil olmuş və 1986-cı ildə vaxtından əvvəl aspiranturanı bitirmişdir. Sonra o, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru, filologiya elmlər doktoru Danat Albertoviç Ştelinqin rəhbərliyi altında, həmin institutun Elmi Şurasında “İngilis dilinin perfekt formaları mətndə” mövzusunda dissertasiyasını uğurla müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Hüseynovun dissertasiyasına bir çox elmi təşkilatçılardan, eləcə də, Lvov Dövlət Universitetindən yüksək rəylər gəlmişdir.

M.U.Hüseynov 1986-1990-cı illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda müəllim, sonra isə baş müəllim işləmişdir.


M.U.Hüseynov 1990-cı ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda tərcümə və axşam fakültəsi nəzdindəki praktik ingilis dili kafedrasının müdiri seçilmişdir. Həmin kafedrada işləməklə yanaşı, həm də, 1993-cü ildən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində-Amoko neft şirkətinin Bakı mümayəndəliyində tərcüməçi kimi fəaliyyət göstərmişdir.

M.U.Hüseynov əmək fəaliyyəti müddətində bir sıra Respublika və Ümumittifaq miqyaslı elmi-nəzəri konfranslarda məruzə ilə çıxış etmişdir. O, 1992-ci ildə İran İslam Respublikasının Təbriz şəhərində keçirilmiş və dünyanın bir çox ölkə alimlərinin iştirak etdiyi “Xarici dillərin tədrisi məsələləri” üzrə beynəlxalq elmi konfransda “İnvariat gələcək və ingilis dilində variativ ifadə vasitələri” mövzusu ilə çıxış etmişdir. Məhəmməd müəllimin həmin çıxışı konfrans nümayəndələri tərəfindən yüksək qiymətləndirilmişdir.


M.U.Hüseynovun 7 elmi məqalə və tezisləri Moskva, Təbriz, Bakı və s. şəhərlərində çap edilmişdir. “Mətndə perfekt formaları ilə ifadə olunan semantik əlaqələr” adlı monoqrafiyası isə 1985-ci ildə Moskvada çap olunmuşdur.


M.U.Hüseynovun atası, Həsənov Ümid Hüseyn oğlu Böyük Vətən Müharibəsi iştirakçısı idi. O, 1995-ci ildə vəfat etmişdir.


Evlidir, 3 qızı və 1 oğlu var.

27 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev